...Ukraynada davam edən müharibə ilə bağlı dəfələrlə Vladimir Putindən məyus olduğunu bildirən ABŞ prezidenti Donald Tramp Rusiya liderini doğum günü münasibətilə təbrik etməmək qərarına gəlib.
SİA xatırladır ki, çərşənbə günü, oktyabrın 15-də Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Ağ Evdən mesaj alıb-almaması ilə bağlı sualına “Xeyr, almamışam” deyib.
Onu da xatırladaq ki, Putin bir həftədən çox əvvəl, oktyabrın 7-də ad gününü qeyd etdi,..onun 73 yaşı tamam oldu. Trampdan mesajın olmaması Ağ Evin Putinlə münasibətlərinin Kremlin göstərdiyindən də pis olduğunu göstərə bilər.
Oktyabrın 14-də Trampın özü son üç ayda səkkizinci dəfə Putindən məyus olduğunu bildirib.
O qeyd edib ki, Rusiya prezidenti ilə "çox yaxşı münasibəti olub". "O, bu müharibəyə son qoymalıdır"...
ABŞ prezidenti vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə