Cənubi Azərbaycandakı yazarımız - Ziynət Tədayyün

Hər bir sağlam insanın iki qolu olanda o, daha güclü olur və lazım olan yerdə öz sözünün deyə bilir. Təsəvvür edək ki, Azərbaycan da bir bədəndə iki qolu olan bir məmələkətdir. Onun bir qolu Şimalda və bir qolu isə Cənubdadır. Bu qollardan biri açıq, biri isə bağlıdır. Şimaldakı qol müstəqildir, açıqdır. Cənubdakı qol isə zədəli və bağlıdır. Şimaldakı qolun öz ana dilində əlifbası, orta, ali məktəbləri var. Dövlət dili də Azərbaycan dilidir. Bu ölkə latın qrafikasına keçməklə dünya xalqlarına daha da yaxınlaşıb. Mətbuatı və kitabları da ana dilində çap olunur. Bundan böyük xoşbəxtlik olarmı? Cənubda isə 40 milyondan çox həmvətənlərimizin öz əlifbası, öz məktəbləri belə yoxdur. 40 milyonluq bir milləti yüz ildən çoxdur ki, bundan məhrum ediblər. İranda cəmi 150 min erməni yaşasa da onların əlifbası və öz dillərində orta, ali məktəbləri var. Buna nə ad vermək olar?..

Qırmızı imperiyanın ən qorxulu dövründə, Şimali Azərbaycanda yaşayanlar, heç nədər qorxmadan Cənubi Azərbaycanda yaşayan şairlərimizi də lazım olan kimi təbliğ edirdilər. Dahi Şəhriyar və başqaları buna canlı sübutdur.

Müstəqillik dövrümüzdə isə Cənubi Azərbaycanda yaşayan şairlərimizin Şimali Azərbaycanda təbliğinə daha böyük ehtiyac var. Onlar bunu bizdən böyük səbirsizliklə gözləyirlər.

Bu yaxınlarda sevimli Xalq şairimiz Nəriman Həsənzadə mənə Cənubi Azərbaycanda yaşayan bir şairə xanımın əlaqə telefonunu verib dedi: “Bu xanım - Ziynət Tədəyyün tez-tez mənə zəng vurub, Cənubda olan yazarlarımızın salamını çatdırır. İmkan varsa onunla əlaqə saxla”. Mən ona zəng vurub, əlaqə saxladım. Bu zəngdən Ziynət xanım çox sevindi və onu da vurğuladı ki, “Xalq şairimiz, hamımızın sevimlisi Nəriman Həsənzadə Cənubda yaşayan həmvətənlərimizin dilinin əzbəridir. Onun çoxlu şeirlərni Təbrizdə çap etdiririk. Amma sizdən bir incikliyimiz var. Bizi yaddan çıxarıbsınız. Bizim bədii əsərlərimiz Şimali Azərbaycanda çox az çap olunur. Hesab edin ki, biz də sizin yaralı qolunuzuq. Məgər yaralı qolu kəsib atmaq lazımdır?”.

Ziynət xanımın bu gileyinə mən heç nə deyə bilmədim. Bircə onu dedim ki, bundan sonra imkanımız olduqca, Cənubda yaşayan həmvətənlərimizin bədii əsərlərinin çap olunmasına, mətbuatda yayılmasına çalışacam. Mənim bu sözlərimdən sonra səhəri günü Ziynət Tədəyyün mənə öz şeirlərini və haqqında qısa arayış göndərdi. İlk öncə sizi həmin qısa arayışla tanış etmək istəyirəm.

Ziynət Tədəyyün 1971-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Üç yaşı olarkən ata-anası ila birgə Qaraağac xiyabanına köçüblər. Ziynət xanım da təhsil alamağa elə burada başlayıb. 1991-ci ildə orta məktəbi bitirib, ölkənin əsas Universitetində ingilis dili tərcüməçisi fakültəsində təhsil almağa başlayıb. Amma ailə həyatı qurduğundan təhsilini dəvam etdirməyib. 2000-ci ildə bir daha təhsilə can atıb və “Elmi karbordi” Universitetində təhsil alıb, ibtidai siniflərdə dərs deyib. Atası haqq dünyasına qovuşandan sonra Ziynət xanım şeirlər yazmağa başlayıb. Az bir vaxtda şeirləri mətbuatda çap olunmağa başlayıb və oxucular tərəfindən sevilib. Şeirlərinə, qoşmalarına, qəzəllərinə çoxlu mahnılar bəstələnib.

Biz də onun bir neçə şeirini, qəzəllərini sizə təqdim edirik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənətxadimi

ZİYNƏT TƏDƏYYÜN

Kimdə olar bu cürət, tapsın bu iftixari

Mən ki iki cəhanda xosranə mayil oldum,
Eşq üstə verdim əldən dünyadə ixtiyari.

Gün batdi, ay dolandi, qiş döndü qarə gəldi
Yollarda göz bozardi, şayəd görəm bahari.

Qaldım tamarzi yare, batdi o mahiparə,
Söz döndü, qiş qaytdi, mən çəkdim intizari.

Ömrüm quru xəzəl tək, bir-bir düsüb tökəndi,
Nifrin bu ruzigarə, qoymuş belə qərari.

Gün döndü zülmət oldu, göz doldu söz dayandi,
Bülbül küsüb bağından, boş goydi şaxsari.

Hər sətrin əvvəlidə yazdım şərar-e eşqi
Söndürmə di gözümdə yaşlarda bu şərari

Məyuse eşq olan mən, məhbuse dəhr olan mən
Bilməm nə üstə oldum, eşqin günahkari

Qaldım doğum günündə, yalgız, nə çarə, neylim?
Şəm ağladi "tədəyyün" nifrin bu ruzigari.

Eşq rusvasi
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Baxışından gözəlim, gör necə ilham alıram
Şerimə, sənətimə, sənəte iham alıram.

Eşq rusvasi olandan boşalıb ətrafim,
Yaşayışda necə gör kamimi nakam alıram.

Kəbeye eşqdə sər xoşca təvaf etmək üçün,
Pirimizdən sevərək cameye ehram alıram.

Bu qara üzlü, qara yazılı qara baxtimdən,
Qurtulub qaçmağa imzali sərəncam alıram.

Tire mujgani elə sinəmi amac eləmiş,
Öz məsiha nəfəsindən yaşama vam alıram.

Vəslinə yetmək üçün mən də "tədəyyün"sayaği
Can goyub guşeyeh meyxanədə bir cam alıram.

Bu vətəni
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Gəl gülüm öz gəlişinlə bəzə daşdi-dəməni,
Görüşünlə-yerişinlə gözə cək bu vətəni.

Nə zamandandi gözüm pəncərələrdən asılıb,
Gözləyir çoxlari tək göz yaşı altında səni.

Ayrılıqdan tutub od, bağri qaralmış bu canım,
Danlayır pəncərədən serçə də baxdıqca məni.

Həsrətindən gözümün çərçivəsi laxlamada
Neiləyim gəlməsən eşqinlə açan yasəməni?

Gəl gülüm, sən gedəli üz gətirib qüssə bizə
Gəlişinlə yaza dön, ellərinə payla şəni.

Vüsalın muştaqıdır, həsrət içində bu könül,
Sənə xatir dolanır xəstə bu bağda çəməni.

İtirib sağəre eşqində "tədəyyün" özünü,
Gəl umud gözləri hər yerdə gözətlərlə səni.

Qəzəl
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Çıbxınır qan çalxayır buqəlbe xunbarım mənim,
Bilmirəm məxtuş olub neiçün bu əfkarım mənim.

Nə qucağım yol verir sazə, nə sinəm sayxaşır,
Bu yorulmuş könlümə lay-lay deyir tarım mənim.

Noqteyeh xalın gəzir şəme vucudım yanmağa,
Ta dolansın başına eşqilə pərgarım mənim.

Hüsni yusif şohreyeh bazar olub yox müştəri
Bir züleyxa tək xəridar üstə bazarım. Mənim

Hər qaranlıqda qara gisulərin yadə salıb,
Damcı-damcı axmada bu əşke xunbarım mənim.

Hər gecə bu dive ğəm dutmuş gəribanım çəkir
Çırpınır sinəmdə quş tək qəlbe bimarım mənim.

Oxşadım came şərabə mən "o" şirin ləblərin
"Haşim"əm qalsın yanıq sinəmdə əsrarım mənim.

Baki həsrətindən qocalmaz Təbriz
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Bir üzük salıbdır, qaşı nəriman,
Şaeirlər dünyasi güc alıb ondan.
Nəriman adısa, dərdlərə dərman
Təbrizin ürəyi, onsuz çən-duman.

Ad günün mubarək, dərdlər dərmani,
Ulduzsuz göylərin sökülən dani,
Demə xoş günümdür, Təbrizin hani?
Bülbül nəğmə qoşsun, güllər oynasın
Bizə fərəh versin, tellər oynasın.

Dağ kimi könlümə, bağlar boylanır,
Hər günüm nədənsə həsrət adlanır,
Yol yaxın, gəlmədin bağrım odlanır,
Göndərdim duyğumu töhfə sən üçün
Yaşa şeirlərimdə səndə, mən üçün.

Nə gözəl günüymüş bu gün bizlərə,
Baxıram, baxıram, qalan izlərə
Xatirə danışan odlu sözlərə,
Həsrətdən yanarsan, inan ki azdi,
Bu sözə şahidim, yəqin arazdi.

Yarali ruhlusan, sarali bu gün,
Könlünü vurmadın dünyaya düyün,
Kaş dönə ruzigar, çatışa o gün,
Bir sən, birdə sara, birdə şer ola,
Qarşına çıxdığın günlər xeyir ola.

Şerini dinləyə, sara zovq ala,
Baxasan gözünə, gözlərin dola,
Gah sağa baxasan, gahda ki sola,
Yavaşca diyəsən ürək sözünü,
Görəsən üzündə sevgi izini.

Çoxlari bilmirlər yurdun haradi?
Yoldaşa xatirdi, könlün yaradi,
Köksündə həkk olub bircə yar adi,
Sənin doğum günün olsun mubarək
Sizlərlə parlayar aydın gələcək.

Təbriz
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

İnsan köçür, dünya qalır, yerində,
Nə yavşı ki köçdən sonra, iz qalır.
Yaxşi baxın, bu iz aşiq izidir
Bu izlərdən törənmiş bir söz qalır.

Hədiyə edin aşiqlərə bu könlü
Rahat xəyalilə insani seçim.
Çox gəzdim, görmədim, zərrə yaxşılıq,
Görənlər, görsünlər mən gözsüz keçim.

Şair gözlərimdən şeir ağlayır,
Eşidən sevinsin aram yaşasın.
Yar olsun vətənə bu xəstə şair
Vətənin, millətin dərdin daşısın.

Gözəlləşsin ruhu-halı zəmanın,
Bağçada yadigar qərənfil açsın.
Həsrət tək qalmasın ruhlar ürəkdə
Nəfəs baxş eyləsin marallar qaçsın.

Dəstə-dəstə toxunsun gül əllərə
Bəxş edin əlimi, şəklimi çəksin.
Susuzluqdan yanan, barsız tarlada,
Göz yaşıla versin su,sünbül əksin.

Nəfəsi həba olan səssiz bülbülə,
Çalaq vurun nəfəsindən, oxusun.
"Tədəytünüu dərdin xalılarında
İlmə-ilmə dərdli qızlar oxuyub.

Bu gün
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Məni məndən alanın bağri dönə qana bu gün,
Döndərib xoş günümü şame qəribanə bu gün.

Nə sorağın gətirir bad-e səba, nə bu yağış,
Çöndərib könlümü yar bir qara zindanə bu gün.

Bilir ki, bağlıdı könlüm o gözəl nəğməsinə
Gizlədib avazıni, qonmayır eyvanə bu gün.

İstəyir birdəfəlik mən unudam xatirəsin,
Məndə baş qovzayıram səmt-e o cananə bu gün.

Qatıb əğyarilə baş görmürmü gözdə yaşımi,
Hod-hod-e eşqi qonur təxt-e süleimanə bu gün.

Biri leila sanayır, kimsə züleixa çağırır,
Axi yox rəhm eliyən hal-e pərişanə bu gün.

Hər görən bir sözilə qəlbimə bir neyzə taxıb
Məndə təhrir edirəm bu sözü divanə bu gün.

Yazmışam qəlbimi yer vermişə o dildarıma,
Ay ki nifrin belə bir aşiq-e dovranə bu gün

Nə aci yazqı yazıb tanri "tədəyyün" sənə, çün,
Oldu mohtac-e yaran bir acì dərmana bu gün.

Gözlərim tikilib dar yola dünya
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Gah baxıram sağa, gah sola dünya,
Bağladın ğəmilə qol-qola dünya,
İstəyini denən qaytarım sənə
İçirtdin həyatda zəhəri mənə.

Yaxşılıq-yamanlıq durub üz-üzə,
Yaxşı düşdu sənə, yamanlıq bizə,
Sazaq yeli əsir qəlblərimizə,
Ürəyim dolubdır həsrətə-çənə,
İçirtdin həyatda zəhəri mənə.

Qaranlıq içində yaranmışıq biz,
Bulud kədər yağır hər gecə-gündüz,
"Tədəyyün" şənlikdən qalmayıbdı iz,
Deyirəm sözümü mən dönə-dönə
İçirtdin həyatda zəhəri mənə.

Sevgi olmuşsa da yalnız bizim ömrün zumari
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Sevgi olmuşsa da yalnız bizim ömrün zumari
Günü-gündən azalır sevgimizin etibari.

Mən varam indi kənarında, eşit sözlərimi
Söyləyim mən bu qumarda uduzan nazl yari.

Yaşayış bir daha tikrar eləməz mənli günü
Gəl uçurtma gözəlim eşqidə köhnə duvari.

Mənə məndən sora göz yaşi nə lazimdir axi,
Təkcə islandıracaq baş daşımi, ya məzari.

Bir əlində daş alıb bir əlinə odlu silah,
Almadi heç nəzərə məndə ğururi, vuqari.

Taxdi xəncər kimi bu sözləri əzbəs sinəmə,
Bağrı qan olmuş ürək vermədi əqlə açari.

Ayrılıq yollari daşlıqdı, qaranlıqdısa da....
Ala bilməz bu könüldən belə səbri-qərari.

Göz yaşımla yazıram şahid olar ay sözümə,
Çox şəmadətlər edər, görsə salar onda cari.

Belə nişxəndlə işarət eləyir: bax telivə,
O həman sevgidi ki saçlara yağdırdi qari.

Qədi qamət sınıram eyni musafir namazi
Iqtida eylədiyim yar, yoza çün ilqari.

Eşq məna tapar hicranla yanıb dözmək ilə,
Qış uzun sürsə də hətmən gələcəkdir bahari.

Yaz " tədəyyün" ürəyində olan eşqin sözünü,
Sevgidən qoyma ki bir ayrısi çıxsın yuxari.

Dünya mənə zindan olub
[۹/۱۳،۲۱:۱۸] زینتتدینسرند:

Sən gedəndən sevgilim, dünya mənə zindan olub
Küsmüşəm öz sərniviştimdən işim əfğan olub.

Alnıma yazmış fələk, yoxsa qədər dönməz belə,
Küsdu bülbül öz gülündən gül necə heyran olub.

Rəhm elə ya rəb düşüb eşqim çətin bir müşgülə,
Gözlərimdən çırpınan yaşlardı dönmüş qan olub.

Eşqə vaqif olmayan sevgi sənəvbiganədi
Bu bəlanın baisi bir no gül-e xəndan olub.

İncidir bu qussələr yardım elə sən sevgilim
Qərq olub coşğun dənizdə ğəmlərim pinhan olub.

Rəhmin olsun nazənin insafə gəl naz eiləmə,
Bu əlif qəddim əyilmiş bir sınıq çoqan olub.

Yaz "tədəyyün" göz yaşilan dərdini sən dəftərə
Bu sınıq könlüm dirdərginlıq tutub viran olub.

OLMADI

Heyf ola dərd əhlinə dərdim numayan olmadi
Yel olub əsdim görüb zülfi pərişan olmadi .

Eşqimi izhar edib baxdi gülüb üz döndərib
Buz kimi hoxurdum amma əhle peyman olmadi.

Görmədim ehsasıni qəlbində bir daş parçasi,
Ayrılanda ağladım gördi pəşiman olmadi.

Töhfeye eşqim ona nalayiq olmuş möhtəmil
Dərdimi artırdi bu zalimdə dərman olmadi.

Sağəreh eşqim sınıb könlüm pərişan olsada
Bu gözəldən mən kimi məcnuna canan olmadi.

Az qalıb əsrarımi bilsin rəqibim saqiya,
Tez yetiş fəryadıma bu can mənə can olmdi.

Yaz " tədəyyün" eşqini sinəndə gizlət bəlkə də..
Yarəni yarın görüb, iş döndü hicran olmadi.

Bütün xəbərlər Facebook səhifəmizdə