Rafiq MEHDİ
Hippokrat andına sadiq olan tibb bacısı
(novella)
Bu gün diğər adi iş günləridənn heç nə ilə fərqlənmişdi. Artıq adət elədiyi, ona bir qədərdə doğmalaşan xəstələrinə əsl fədakar tibb işçisi kimi qulluq edib, növbəsini tamamlayıb evə qayıdırdi. Əhvalı bir az həmişə olduğundan daha yaxşı idi. Bunun da xüsusi səbəbi vardı. İşlədiyi "Covid-19" şərti adı ilə adlandırılan yeni coronoviruslu xəstələr üçün, məxsusi olaraq yeni tikilən xəstəxanaya 20 gün bundan qabaq təcili yardım maşını ilə, çox ağır vəziyyətdə gətirilən xəstəsi bu gün artıq sağalaraq evə buraxılmışdı
Adətən növbədən vaxtında çıxanda, otelə gedənlərdən fərqli olaraq, öz evlərinə gedənlər xəstəxanadan birbaşa metro stansiyasına qədər xidməti avtobuslarda gəlir oradan isə "manatlıq" taksilərlə öz qəsəbələrinə qədər gəlirdilər. Əlbətdə ki, xəstəxananın yaxınlığında, şəhər mərkəzində yerləşən, hər bir şəraiti olan, gündə 3 dəfə yeməklə təmin olunan oteldə qalmaq daha asan idi.
Ancaq, həyatı qədər sevdiyi övladları Leyla və ondan 2 yaş kiçik olan Adilə görə, bütün risqlərə baxmayaraq evdə qalmağa üstünlük vermişdi Rəhilə.
Fikrində bütün bunları düşünə-düşünə taksinin qəsəbələrinə nə vaxt çatdığını hiss etmədi. Maşın dayananda fikirdən ayrıldi
Taksinin pulunu ödəyib maşından düşdü və qəsəbənin baş küçəsi ilə evlərinə tərəf yollandı. Ancaq fikri yenə də iş yerində, xəstələrin yanında, əsasən isə çox ağır vəziyyətdən sağalıb bu gün evə yazılan xəstənin yanında qalmışdı.
Onun sağalıb öz evlərinə getməsi Rəhiləyə çox yaxşı təsir etmişdi. 20 gündən artıq xəstəxanada qalan qadınla sanki bir az doğmalaşmışdılar. 3-4 günlüyə Rəhiləni təcrübəli tibb bacısı kimi ayrı şöbəyə ezam etmişdilər. Buna baxmayaraq imkan tapıb, gün ərzində 3-4 dəfə mütləq ona baş çəkir, sağlamlıq durumundan məlumat alırdı.
Elə bu fikirlərlə baş kücə ilə 5-7 dəqiqəlik yolu necə gəldiyini və sövqi-təbii öz küçələrinə necə döndüyünü də hiss etmədi. Bu dəfə onu fikirdən ayıran 2-3 ev bu yanda yaşayan 9 yaşlı qonşu uşağın salam sözü oldu. Bu uşağa Rəhiləni xüsusu yaxşı münasibəti vardı. Bu uşaq 3-4 yaşlarında olanda çox ağır xəstəlik keçirmişdi. Necə dəfələrlə, günün müxtəlif vaxtlarında, hətta gecələr qonşu gəlini gəlib onu çağırmış, təcili yardım gələnə qədər uşağı kritik vəziyyətdən çıxarmışdı Rəhilə. Hətta sonralar təcili yardım maşınını çağırmırdılar. Rəhilə xanım bir növ bu məhəllənin və yaxinlıqda olan bir neçə məhəllənin də "təcili yardımı" idi.
Uşağın salamını alıb adəti üzrə, həmişəki kimi başını sığallayıb kefini soruşdu.
Elə bu andaca uşağın atasının yüksək zəhmli, amiranə səslə
- Elvin!!!,- deyən çığırtısı onu və Rəhiləni diksinirdi.
-Gəlirəm,- deyib, Elvin qaçaraq atası Kamala yaxınlaşdı. Kamal səsinin tonunu aşağı salmadan
- Sənə deməmişəm onunla görüşmə, o, Coviddə işləyir. Xəstəlik sənə keçə bilər.
Bu sözlər Rəhilənin bütün bədənini titrətdi, sanki onu "ildırım vurdu". Kamal bu sözləri Rəhilənin tam aydınlığı ilə eşitməsi üçün hər şeyi etmişdi.
Rəhilə evə necə gəldiyini, adəti üzrə, evə girən kimi hamam otağına yollanıb, soyunub duş qəbul etməyini bütün paltarlarını, həyatını sərf etdiyi Leylası və Adili gələnədək, necə dəyişdiyini xatırlamır. Sanki bu sözlərdən iflic olmuşdu. Amma indi həyat yoldaşı və uşaqları üçün hər bir ev sahibəsi kimi yemək hazırlamalı və digər ev işləri ilə məşğul olmalı idi.
Rəhilənin əli işə yaranırdı, sanki başı işləmirdi. Bütün işləri intuitiv olaraq yola verdi, evdəkilərə özünü narahat və yorğun hiss etdiyini deyib, həmişəkindən xeyli tez soyunub yatağına uzandı. Ancaq səhərə qədər gözlərinə yuxu getmədi. Bəlkə də bu sözləri ayrısından eşitsəydi onu o qədər də ağrıtmazdı. Bu bir az da təbii idi. Hər kəsin bu "Covid-19" bəlasından qorunmaq və ətrafdakıları da qorumağa borcludur
Lakin bu sözləri Elvinin atası Kanaldan eşitməsini heç vəçhlə "həzm edə" bilmirdi Rəhilə. Yatmaq yuxuya getmək, bu hadisəni unutmaq istəyirdi, amma alınmırdı. Gözlərini yuman kimi olub keçənləri xatırlayırdı...
....Gecə saat 2, 3-ün yarısı olardı. Həyət qapısının bərk-bərk döyülməsi bütün ailəni dərin yuxudan oyatdı. Hamı yarıoyaq vəziyyətdə həyəcanla nə baş verdiyini anlamaq istəyirdi. Rəhilənin həyat yoldaşı Azər qapıya yollanıb
-Kimsən? - soruşdu.
-Azər, mənəm, qonşunuz Kamal.
Azər Kamalın səsini eşidib bir az toxtadı. Qapının cəftəsini açıb Kamalı içəri dəvət etdi.
- Xeyr ola, ay qonşu, gecənin bu vaxtı?
-Oğlum qızdırmadan alışıb yanır. Hərarəti az qala 40 dərəcəyə çatır. Anası da çaşıb qalıb. Nə edəcəyimizi bilmirik. Rəhilə bacının dalınca gəlmişəm.
Onsuz da yuxusu çoxdan ərşə çəkilən Rəhilə artıq paltarını geyinib Azərin dalınca çölə çıxmağa hazırlaşırdı. Bu sözləri eşidən kimi bir az da yeyin hərəkətlə çöl qapısına yetişdi.
- Gedək, Kamal qardaş, vaxtı itirmək olmaz. Hər dəqiqə qiymətlidir.
Rəhilə belə gecə çağırışlarına adət eləmişdi. Bayaqkı həyacan indi artıq Elvinə görə həyacanla əvəz olunmuşdu.
Onlar otağa daxil olanda 9 yaşlı Elvin anasının ağuşunda həzin-həzin zarıyır, güclə eşidiləcək çox zəif səslə “ana, ana” çağırırdı. Anasının rəngi həyəcandan ağappaq olmuşdu. Rəhilə cəld işə başladı. Əvvəlcə uşağın hərarətini ölcdü. Daha sonra özü ilə gətirdiyi ampulalardan növbə ilə ikisini qırdı, şprisə çəkib Elvinə yaxınlaşdı. Uşağı"oxşadı", əzizlədi və hec kimin hiss eləmədiyi bir peşə cəldiyi ilə şprisi Elvinin yan əzələsinə yerləşdirilib, asta hərəkətlə dərmanı əzeləyə yeritdi. Adətən çoxları, xüsusilə də uşaqlar iynədən qorxurlar. Lakin Rəhilədə yüksək peşə təcrübəsi nəticəsində özünəməxsus xüsusi bir metod yaranmışdı. Elvin sanki iynənin "vurulmağı" ilə cana gəldi. Rəngi özünə gəlməyə başladı.
Yəqin ki, həkimlər yaxşı bilər. Bu pasientin həkimə xüsusi etibarından irəli gəlir. Psixoloji təsir iynə-dərmandan daha tez təsir etməyə başlayır. Bu dəfə də elə oldu. Elvinin və valideynlərinin Rəhiləyə böyük inamı və etibarı yaranmışdı. Elə ona görə də belə məqamlarda onlar, təcili yardıma yox, Rəhiləyə müraciət edirdilər. Heç 15-20 dəqiqə keçməmiş Elvinin hərarəti normaya düşdü. Bayaqkı "zarıyan" uşaqdan əsər-əlamət qalmadı.
Elvinin anası Gültac Rəhiləyə dil-ağız elədi:
-Çox sağ ol ay bacı. Sən olmasaydın uşağımız əldən gedəcəkdi. Kim bilir Təcili Tibbi Yardımın həkimləri nə vaxt gələcəkdi. Hələ bilmək olmaz gələcəkdilərmi? Bu pandemiya vaxtı onların da işi çoxdur. Onları da qınamaq olmur. Allah sizi qorusun əziz bacım. Bilmirəm sizə necə təşəkkür eləyim.
-Heç bir təşəkkür eləmək lazım deyil. Bu, bizim peşə borcumuzdur. Bir də ki, Elvini mən öz işaqlarımdan heç də az istəmirəm. Çox ağıllı baladır.
Arvadı Gültacla, Rəhilə xanımın arasında olan bu söhbət vaxtı Kərim başını aşağı salıb, suçlu adamlar kimi bir nöqtəyə baxırdı. Gündüz elədiyi hərəkətdən və utandığından onun alnında tər damcıları yaranmışdı...
-Rəhilə bacı. Mənim gündüz elədiyim o hərəkətə görə, siz Allah məni bağışlayın. İmam Əli düz deyib ki, “əsəbiliyin başlanğıcı dəlilik, sonu peşimançılıqdır”...
Rəhilə xanım Kərimə heç nə deməyib, onun üzünə baxdı və qapıdan çıxanda isə belə dedi:
-İnsanın böyüklüyü elə öz səhfini başa düşməsidi.
Gültacın sual dolu baxışla ərinə ötəri nəzər yetirib baxmasını Rəhilə xanım gülümsər nəzərlə izləyib, qapıdan çıxdı və evlərinə gəldi...
... Rəhilə belə xatirələrlə nəhayət yuxuya getdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB