SƏYAVUŞ SÜLEYMANLI

Məclisdə oturanlar Valentina Pavlovnanın tez-tez oğlunu “Axmed! Axmed!”deyə çağırmasından təəccüblənirdilər. Bəziləri onun iki dəfə ərə getməsi qənaətinə gəlsələr də, düzgün məntiqi nəticə çıxara bilmədiklərindən oturduqları, deyib-güldükləri, şərəfə badə qaldırıb içdikləri yerdə baş sındırıb, bir nəticəyə gələ bilmirdilər.

Söz erməni Aşot Sarkisyana veriləndə o, yanındakı Surenə tərəf əyilib, onun qulağına nəsə pıçıldadıqdan sonra ayağa qalxdı; məclisdə oturanları süzdü və qədəhini əlinə alıb sözə başladı:
-Bizim erməni xalqı həmişə əzabkeş olmuşdur. Bu xalqın qəlbi Sevan gölünün suyu kimi şəffafdır. Erməni xalqı heç bir xalqa qarşı pis niyyətdə olmayıb. Bizim mədəniyyətimiz çox qədimdir. Biz dinc xalqıq. Lakin mən bu gün çox böyük cəsarətlə bu məclisdə deyirəm ki, xalqlar arasında özünə yer tapa bilməyən bir millət varsa, o da azərbaycanlılardır-azəri türkləridir. Biz ermənilər belə bir milləti tanımırıq. Mən bu badəni böyük Ermənistanın qəhrəman övladlarının şərəfinə qaldırıram!
Əri Qriqori Antonoviç Samoylovla yanaşı əyləşən Valentina Pavlovna bərk hirslənsə də, özünü toplayıb təmkinli olmağa çalışırdı. Qriqori Antonoviç isə əlini onun əlinin üstünə qoyub arvadını nəvazişlə sakitləşdirirdi.
Görəsən, Valentina Pavlovlanı hiddətləndirən nə idi? Axı, heç kəs bu erməninin sözlərinə əhəmiyyət vermədiyi halda, Valentina Pavlovnaya görəsən, nə düşmüşdü ki,belə əsəbiləşirdi?
Məclisdəki adamlar bir-bir söz alır, ürək sözlərini deyir, badələr içilir, yenə də dolurdu.
Söz Suren Manukyana verildi. Oda millətini göylərə qaldırdı. Türkün və azəri türkünün qarasınca o ki var döşədi və nitqinin sonunda
üzünü Valentina Pavlovnaya tutub dedi:
Çox hörmətli Valentina Pavlovna- məclisimizin səbəbkarı! Bəlkə də mənim sözlərim sizə qəribə görünə, üzr istəyirəm, məsələ belədir ki, biz bu məclisdə sizin tez-tez azərbaycanlı Axmed adını çəkməyinizdən çox hiddətlənirik və oğlunuzun adının, həqiqətən, Axmed olduğuna şübhə ilə yanaşırıq. Axı, sizin kimi alicənab, çox gözəl xanımın-özü də iş adamları arasında çox məşhur və nüfuzlu olan əriniz Qriqori Antonoviçin, üzr istəyirəm, hər ikinizin böyük rus xalqının övladları oldugunuz təqdirdə oğlunuzu “ Axmed” çağırmanız nə dərəcədə doğrudur? Məgər oğlunuza ad qoymaq üçün rus adları qəhət idimi? Mən bir daha məclisdəkilərdən üzr istəyirəm və bu badəni qaldırıram böyük Ermənistan arzusu ilə yaşayan qədim erməni xalqının şərəfinə!
Badələr nədənsə cingildəmədi. Elə bil ki, hamı bilərəkdən özünü məşğul kimi göstərməyə çalışırdı.
Bu yerdə Valentina Pavlovna dayana bilmədi. Məclisi aparana İşarə etdi, dərhal da ayağa qalxdı.
-Əziz dostlar! Bu gün gözəl bahar hər bir insanın qəlbini qurub-yaratmaq eşqi ilə doldurub. Hər bir insan ürəyindəki niskili də unudur, gözəl həyat uğrunda çarpışır, xoş arzularla yaşayır. Bu həyat öz şirinliyilə qəlbimizdə xoş duyğular buraxa-buraxa axıb gedir. İnsanların həyatında elə anlar olur ki, heç bir zaman unudulmur. Zaman-zaman bu xatirələr yadda qalan xoş bir duyğuya çevrilir. Mənim sizə söyləyəcəyim əhvalat, bəlkə də, sizin bir xalqa olan münasibətinizi dəyişməyəcək, lakin acı da olsa, bu, bir həqiqətdir. Bir neçə ilin söhbətidir. Qışın oğlan çağı idi. Yerdə qar var idi. Axşama yaxın şəfəq qaralanda anamın yaşadığı evə yaxınlaşırdım. Necə oldusa, əyləci çəkdim, maşınım yerində dayandı. Meşə yolunun tən ortasında üç nəfər qarşıma çıxaraq yolumu kəsdilər.Biri rus, ikisi isə sonradan bildim ki, ermənidir. Onlar zorakılıq göstərib mənim ağ ayı dərisindən olan paltomu əynimdən çıxartdılar. Boynumun, qulağımın ziynət əşyalarını dartıb götürdülər.Sonra ermənilər ağ ayının dərisindən olan şubamı da götürüb, qolumdan tutaraq məni itələyib sürüyə-sürüyə bir ağacın altına çəkdilər. Şubanı qarın üzərinə sərib məni yerə yıxdılar. Bu əclafların niyyətlərini başa düşdüyümdən hay-küy salmağa, qışqırmağa, fəryad qoparmağa başladım. Təsadüfən yol ilə piyada gedən cavan bir oğlan mənim səsimə özünü yetirdi. Üst-başımı cırmış ermənilərə bir-iki yumruq ilişdirəndən sonra o biri sərxoş cavan oğlanın üzərinə atıldı. Qeyri-bərabər savaşda cavan oğlan onların hər üçünü möhkəm əzişdirdi (Sonradan bildim ki, cavan oğlan dərəcəli boksçu imiş), ancaq sonda onu arxadan bıçaqla bir neçə yerdən yaralayıb qaçdılar. Oğlanı qan aparırdı. Düm ağ qarın üzərində qırmızı qan necə görünər? Mən özümü itirsəm də, onu güclə qarın üzərində sürüyə-sürüyə maşınıma gətirib, çox çətinliklə də olsa, arxa oturacağa yıxdım. Geriyə-xəstəxanaya çatdırdım. Xəstəxanada uyğun gəldiyi üçün ona ərimlə birlikdə öz qanımızdan verdik. O isə çox qan itirmişdi. Təcili cərrahiyyə əməliyyatı aparıldı. Reanimasiya şöbəsində bir neçə gün qaldıqdan sonra o, nəhayət, özünə gəldi. Bu müddət ərzində ərim Qriqori və mən hər gün ona baş çəkirdik. Tamam sağalandan sonra biz ona çoxlu pul təklif etdik. O isə öz insanlıq borcunu yerinə yetirdiyini bildirdi. Gedərkən mən ona öz telefonumuzun nömrəsini və ünvanımızı verdim. Bu hadisədən uzun müddət keçmişdi. Bir gün qapımızın zəngi çalındı. Gələn o idi-Əhməd-azərbaycanlı gənc. Biz çox sevindik. Qriqori onun şərəfinə restoranda böyük ziyafət verdi. Ərim bu ziyafətdə hamıya elan etdi ki, oğlumuz olarsa, Əhmədin bu igidliyinin şərəfinə adını Axmed qoyacağıq. Ham bu təklifi bəyəndi. Baxın, gördüyünüz 5 yaşlı Axmed mənim oğlumdur. Canını tanımadığı bir rus qadınının namusu, şərəfi və ləyaqəti yolunda təhlükədə qoyan azərbaycanlı Əhməddən bir xatirə addır. Şərəfsizliyi ermənilər etmişdilər. Həmin ləyaqətli gənc oğlan-Əhməd mənim yanımda oturub. O, bizim ailənin ən əziz adamıdır. Mən və Qriqori ömrümüz boyu ona borcluyuq, bu ləyaqətli, mərd, alicənab, nəcib insana həmişə minnətdarıq. Belə bir nəcib xalqın 20 faiz torpaqları ermənilər tərəfindən işğal olunub. Dünya ictimaiyyəti buna biganədir. Bax, bu dəhşətdir, haqqın tapdanılmasıdır! İndi siz özünüz nəticə çıxarın, əziz dostlar. Murdar, şərəfsiz, namərd, ləyaqətsiz insan kimdir, namuslu, vicdanl və mərd insan kimdir?! Əhməd bu məclisdəki ermənilərin xalqı haqqında söylədikləri təhqiramiz sözlərə görə də dözdü, bir nəcib insan kimi məclisimizə hörmət etdi, səsini boğdu. Bizə millətləri bir-birinə qarşı qoyan adamlar lazım deyil! Gəlin , dostlar, badələrimizi mərd Əhmədin, qeyrətli Əhmədin və onun gözəl, nəcib xalqının şərəfinə qaldıraq!

Valentina Pavlovna sözünü qurtaranda hamı yerində elə bil ovsunlanmışdı və birdən ermənilərdən başqa hamı ayağa qaxıb badələrini içdilər, bir-bir Əhmədə yaxınlaşıb onu qucaqladılar və öpdülər. Murdar, kinli, şovinist ermənilər isə paxıllıqdan az qala ölürdülər. Yer də aralanmırdı ki, girsinlər ora...

Lənkəran, Liman şəhəri
2005

Bütün xəbərlər Facebook səhifəmizdə