Dünyadan köçdüyün bir il olardı,
sənsiz çox darıxdım ağladım anna,
Gedib örpəyini götürdüm anna,
Sənin örpəyini basıb bağrıma.

Qoxladım, qoxladım ey əziz anam.
Nə qədər qoxladım duya bilmədim,
Ananam örpəyindən ana “ətrini”,
Ətrini duymadım gözüm yaşardı.

Gözümün damlası düzdü örpəyə.
Elə bil anamın səsini duydum,
Əlinin sığalın çəkdi başıma,
Ruhu da dözmədi bu göz yaşıma.

İstədim ki, şer yazım mən ətirli bahardan

İstədim ki, şer yazım mən ətirli bahardan,
Nə qədər istəsəm də, heç qələmim yazmadı.
Quşlar bağçamızda cəh-cəh vuranda,
Bülbüllər gül eşqinə mahnısın oxuyanda.
Bağ bağçamız gül ətri qoxuyanda,
İstədim ki, şer yazam mən ətirli bahardan,
Nə qədər istəsəm də, heç qələmim yazmadı.

Göy üzü şəfəq saçanda,
Göydən yerə nur yağanda.
Gözlərim par-par yananda,
Qəlbim bahar eşqiylə çırpınanda.
İstədim ki, şer yazım heç qələmim yazmadı.

Arzular aşıb-daşanda,
Ay gülüb mənə baxanda.
Günəş gözlərimdə min rəngə boyananda,
Dan yeri bahar ətri qoxuyanda.
Güllər tumurcuq bağlıyanda,
Bağ-bağçamız gül ətri qoxuyanda.

Quşlar bağçamızda cəh-cəh vuranda,
Bülbüllər gül eşqinə mahnı oxuyanda.
Gözlərim dünyanı fərqli duyanda,
İstədim ki, şer yazım heç qələmim yazmadı.
Ulu Tanrı bu talehi Sən yazmışdın öz pozanım pozmadı,
İstədim ki, şer yazım heç qələmim yazmadı.

Aybəniz Muxtarlı

Bütün xəbərlər Facebook səhifəmizdə