Əsərlərinin mövzusunu həyatdan götürən müəllif Əli ŞİMŞƏK-75

Əli Şimşək (Bayramov). Bu imza çoxminli oxucularımıza çox yaxşı tanışdır. Çünki Əli Şimşəyin şeirləri, dedektiv hekayələri, poemaları tez-tez mətbuat səhifələrində və saytlarda çap olunur. Onun dedektiv janrında yazdığı kitabları isə bu gün oxucular tərəfindən ən çox oxunan kitablardır. Bu kitablar da müəllifinə böyük uğur gətirir. Əli Şimşək ( Bayramov) 41 il prokurorluq sistemində və ali məhkəmədə müxtəlif vəzifələrdə işlədiyinə və baş ədliyyə müşaviri olduğuna görə həyatın bütün çətinliklərini görüb və sonra onları bədii süzgəcindən, təxəyyülündən keçirərək yazıya köçürüb. Bu əsərlərin mövzusu həyatdan götürüldüyünə görə də çox oxunaqlı və maraqlıdır.

Əli Şimşək (Bayramov) 1945-ci ildə Masallı rayonunun Böyük Təklə kəndində anadan olub. Bədii yaradıcılığa hələ orta məktəb illərindən başlasa da Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib, prokurorluq, məhkəmə orqanlarında çalışdığından yazdığı şeirləri, poemaları, dedektiv hekayələri, povestləri, romanları mətbuatda çap etdirməyib. Amma müstəqillik illərimizdə dostu, şair-jurnalist Sahib Əliyevin təkidilə o, bədii əsərlərini çap etdirməyə başlayıb. Bu gün Əli Şimşəyin (Bayramovun) 10-dan çox kitabı işıq üzü görüb. Mən onun çoxlu şeirlərini, hekayələrini və “Şamilin səsi”, “Vahimə”, “Acı göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr”, “Əllinci patronun izi ilə”, “Min illərdən min illərə kim yaşayıb kim qalacaq”, “Milyonların mənbəyi” kitablarını oxumuşam. Bu kitabların hər biri yüksək peşəkarlıqla və çox maraqlı, kofliktli, kəskin qialoqlarla yazıldığına görə maraqlı səhnə əsərləri və kino filmlər üçün çox maraqlı ssenarilər ola bilər. Ona görə də bu gün məmləkətimizdə teatrlar üçün maraqlı pyeslər və kino filmlər üçün ssenarilər az olduğuğu vaxtlarda, teatrlar üçün pyes yazan dramaturqlara və kino dramaturqlara tövsiyyəm budur ki, Əli Şimşəyin yaradıcılığına müraciət etsinlər. Çünki bu gün Azərbaycanda dedektiv janrını ən mükəmməl və peşəkarcasına bilən yazıçılardan birincilərdən biri məhz Əli Şimşəkdir.

Çox istedadlı şair-nasir Əli Şimşəyi 75 yaşının astanasında çoxminli oxucularımız adından təbrik edirəm. Ona bundan sonra da möhkəm can sağlığı və bir-birindən maraqlı əsərlər yazmağı arzu edirəm. Sevimli oxucularımıza isə onun üç şeirini təqdim edirəm. İnanıram ki, bu şeirlər də oxucuların xoşuna gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Əli ŞİMŞƏK

F İ D A N

(DostumTəvəkkül Ağayevin nəvəsinə)

Fidan-
Gənc pöhrə,cavan budaq,
(bu adın mənası
bilin ki budur,
adın tarixçəsi
xeyli uludur)
su içib körpəlikdən
gözəllərin hörüyütək
buludlardan sallanan
gur sulu şəlalədən,
qayaların, daşların
yüz qatından süzülən
sərin sulu bulaqnan.

Fidan-
Çox ağıllı, kamallı.
Bu balaca balanın
Lütvizadə dərrakəsi,
Nizami düşüncəsi
mat qoyubdu hər kəsi.
Çünki bu gül balamız
ağıl payını alıb
göylərdəki Tanrıdan.

Fidan-
Gözəldir yanaqları
İsmayıllı dağlarından,
bağlarından gətirilmiş
min bir dərdin dərmanı,
gözəllik nişanəsi
qızıl əhməd almadan.

Fidan-
Vətənimdə gözəl çox,
sayını heç bilən yox.
Amma Fidan balanın
gözəllikdə tayı yox.
Çün alıb gözəlliyi
gözəl Günəşdən,
Aydan.
Fidan-
Adı çəkilən yerdə
Hamı sevir, sevinir.
Ürəklərdə bir nida:
-Hifz eləsin xudaya
onu qada-bəladan.

Fidan-
Səsində vətən səsi.
Dövrünün Nüşabəsi,
Natəvanı, Məshətisi,
Tomrisi,
Musa Yaqub nəfəsi
olmaqdır qızcığazın
indi arzu, həvəsi,
istəyi yaradandan.

Fidan-
Bu ağıllı,
gözəl, göyçək balanı
dünyamıza,
Xalqımıza pay verən
vüqarlı əsli, nəsli
Rəbbimiz hifz eləsin
hər cür alovdan, oddan.

Bakı. 01 yanvar 2020-ci il.

S E V G İ D A S T A N I
(Pyatiqorsk xatirələri)

Yerlərə, göylərə
meydan oxuyan,
ağ qardan özünə
köynək toxuyan
bəzən o dağlarin
arasında mən
özümü çox gücsüz,
gücsüz sanmışam.
Elə o anda da,
o zamanda da
səni düşünmüşəm,
səni anmışam.
Yayın istisində,
cırha-cırında
özünə buzlardan
hörüklər hörmüş
ulu Elbrusun
zirvələrində
başıma göylərdən
qar ələnəndə
sənin atəşinə,
sənin oduna
orda qızınmışam,
alovlanmışam.
Dağlar qucaqlayıb
məni öpəndə,
Lermontov şerinin
xoş ahəngindən,
“Kabarda“ deyilən
bir əfsanənin
uzaqlardan gələn
məhrəm səsindən
xəyala dalanda,
xumarlananda
həzin musiqini
mənə andıran,
bir gün gen düşəndə
məni yandıran
sənin qəhqəhəndən,
sənin səsindən
duyğulardan qopub
mən oyanmışam.
Gözəl Vera ilə
Boris Orlovun
nakam məhəbbəti
olmuş əfsanə.
Gidimiz Ladanın
dediklərindən
eşitdim,
alışdım,
yandım,
yaxıldım.
Ürəklər yandıran
bu əfsanənin
dünyamdan ayrıldım
ovsununda mən,
gözlərim yaşardı
özüm bilmədən.
Doğrusu nə deyim,
nə deyim sənə?!
Elə o anda da,
o məqamda da
düşündüm:
-Sən dünya gözəli,
mən fəqir bəndə,
sənə ümman dolu
məhəbbətimlə
bilməm səni görüb,
səni sevəndə
şair qəlbim üçün
nə qazanmışam?!
Gidimiz danışır,
mən düşüncədə:
- Gözəlləri sevib
çox sevilmişəm.
Şairi gözəllər
yaşadır bəzən.
İndi bir gözəlin
əsiriyəm mən.
Dözə bilməyirəm
belə yaşımda,
ağ saçlar hakimdir
mənim başımda.
Özüm də bilmirəm,
bilmirəm onu
nə olar gecikmiş
sevginin sonu.
Bu gözəl
tükətmiş səbrimi,
üzmüş qəlbimi.
Bəlkə bu son sevgi...
Bu son məhəbbət...
Şair həyatının
soyuğu, sazağı,
qışı, ayazı
bəlkə də lap elə
solan payızı...
Qüruba yollanan
ömrünün sonu...
Gidimiz danışır
nəfəs dərmədən:
-Filan dastan belə...
Əfsanə elə...
Şeirlər,
poemalar,
romanlar
yaradanlar...
Duellər,
Basqınlar,
ölümlər,
qanlar
neçə ömürləri,
necə dahiləri
veribdir yelə,
sevgi dastanları
yüz illərdi ki,
burda yaranaraq
düşür dillərə,
yayılır beləcə
uzaq ellərə...
Deyirəm bəlkə də,
elə bəlkə də
qazancım bu olub
mənim bu ölkədə,
mənim bu yerdə
Əli Şimşək ilə
sənin aranda
sevgi dastanının
yaranmasına,
əfsanələr kimi
ellərdən-ellərə
yayılmasına
özümdən bixəbər
səbəb olmuşam,
sevən ürəklərə
belə dolmuşam?!
Sevən ürəklərə
belə dolmuşam?!

Pyatiqorsk şəhəri

GEDİƏM MƏN

Dünyamızı belə tərk etmədə ağlar gedirəm mən,
Payızda yarpaqlar çaylar kimi çağlar gedirəm mən.

Bu necə mənzərədir ki, baxaraq mat qalır aləm,
Şaxta vurmuş, qurumuş qönçəli bağlar gedirəm məm.

Ölkəmin istisi də yayda ləzzətdir, belə billəm,
Quruyur Təklədə çaylar və bulaqlar gedirəm mən.

Ati şimşək kimi yerdən qoparıb sanki uçardım,
İndi əsayla addıma möhtac çağlar gedirəm mən.

Göydə günəştək gecə - gündüz şöləmi duymuş dostlar,
İndi dostlar çəkilib, sönmüş ocaqlar gedirəm mən.

Yüzlərlə gözəl mail oldu mənə ki, dostum ola,
Yoxa çıxmış, yox olub indi maraqlar gedirəm mən.

Ala gözlərlə süzüb elçi düşərdi mənə qızlar,
Mən fəqiri indi kim söylə soraqlar gedirəm mən.

Ayrılıq mehri – məhəbbət olan ellərdə kədərdir,
Qışda bürünərmiş qara dağlar, daşlar güdirəm mən,

Gedirəm ömrünüzə yay da, payız da, elə qış da,
Baharin ətri kimi ruhumu bağlar gedirəm mən.

Əli Şimşəkdi belə gözləri yaşlı, başı daşlı,
Ömrünün yaşlı çağında qoyub ağlar gedirəm mən.

Bütün xəbərlər Facebook səhifəmizdə