Eşitdim həcvlə təhqir olunub,
Görkəmli bir alim, el ağsaqqalı.
Qanım damarımda o gündən donub,
Əfv edə bilmirəm mən o çaqqalı.

Nə adı tanışdır, nə də imzası,
Hər qalxan göbələk şeir, həcv yazır.
Nadandan tutulub onun mayası,
Şagird müəlliminə gor-qəbir qazır.

Şair ürəyini oxumaq asan,
Rübabı incədir, ülvi bir hisdir.
Yazdığın o həcvin arayış verir.
Qəlbin məkrlidir, xain iblisdir.

Alimə, loğmana əl qaldıranın
Allahın yanında olmaz hörməti.
Peşəkar yaltaqlar aman verməzlər,
Həvəskar yaltağın arta qiyməti.

Bəllidir yazanın, yazdıranın kim,
Quyruq bulamaqda hələ naşısan.
El onu tanıyır həqiqi alim,
Sənsə kimlərəsə daban daşısan.

Kimdən almısansa pul "mükafatın",
Haram iliyində şişə dönəcək.
Səni doğan ana, əkən atanın
Əcdadı, məzarı hey söyüləcək.

Hələ ağır günlər gözləyir səni,
Vicdan məhkəməsi qurulan gün var.
Səndən şərəflidir, səndən qeyrətli
Vağzalda "ov gəzən" fahişə qadınlar.

Nə qədər gec deyil get üzr istə,
Tanrı keçə bəlkə bu günahından.
İflic vicdanını bir də silkələ,
Qorx öz içindəki sən allahından.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...