Bu son payız səhərinə,
Gəldi duman, yağış, dolu.
İlk eşqimiz daşa dəydi,
Haçalandı vüsal yolu.

Bir körpənin təbəssümü,
Dodağında donub qaldı.
Şirin uşaq dünyasına,
Həsrət, nisgil kölgə saldı.

Sabah qızın boy atacaq,
Soruşacaq səni məndən.
Ana kimi nə söyləyim?
Qoy sınmasın-qəlbi səndən.

Qayıt isti ocağına,
Körpəmizin gülsün üzü.
Dil açanda ilk kəlməsi,
Olsun ata, ana sözü.

Gəlişindən nurlanacaq,
Sənə həsrət büllur çıraq,
Bu müjdədən xəbər tutub,
Səhər günəş tez çıxacaq.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə