Ramiq Muxtar, Prezident təqaüdçüsü, "Şərəf" ordenli, Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Vaxt varıydı vəzifəm, yaxşı pulum varıydı,

Qohumlar yad olmuşdu, çevrəmdə dostlarıydı.

Şənimə tost deməyə əllər qalxırdı göyə,

Hamı birlikdə xorla istəyirdi tost deyə.

Düzü, xumarlanırdım uzun çəkən tərifdən,

Kim qısa danışırdı, inciyirdim hərifdən.

Sabahkı qonaqlıqdan adı tez pozulurdu,

Dünənki səhvlərindən şayiələr yozulurdu.

İstəyirdim məclisdə hamı məndən danışsın,

Gödən ikinci olsun, başlar mənə qarışsın.

Arvad eşitsin deyə açırdım telefonu,

Bu tərif yarışının tükənməyirdi sonu.

İndi yoxdur vəzifəm, dostlar düşüb it-bata,

Öz işimi bilərəm, gəlsəm bir də həyata.

Bütün xəbərlər Facebook səhifəmizdə