Gəl daha buraxaq sevginin əlin,

Nə sən giriftar ol, nə mən giriftar.

Hamıya əzizdir bircəcik canı,

Nə sənə lazımdır ah, nə mənə zar.

Gəl daha buraxaq sevginin əlin,

Bir doğum günündə doğuldu yazıq.

Parladı, həyatı yaşadı gözəl,

Bir doğum günündə boğuldu yazıq.

Gəl daha buraxaq sevginin əlin,

İndi sən ailəli, mən də sözlüyəm.

Bəlkə də bir zaman rastlaşacağıq,

İndisə haqqım yox səni gözlüyəm.

Gəl daha buraxaq sevginin əlin,

Sən öz ocağına, mən öz oduma.

O şirin anları sığdıracağıq,

Sən şirin çağına, mən eşq dadıma..

Şəhla Ramazanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə