Alimlər dinozavrın yeni bir növünü, "ölüm hazırlayıcısını" kəşf ediblər. SİA "Rossiyskaya qazeta"-ya istinadən xəbər verir ki, Kanadada əvvəllər məlum olmayan dinozavr növünün kəlləsi aşkarlanıb.
"Ölüm hazırlayıcısı" ləqəbli yırtıcı, son yarım əsrdə kəşf edilmiş tiranozavrların ilk nümayəndəsi olub. Həmin növ bu adı ən yüksək yırtıcı roluna görə alıblar.
Onun, eyni zamanda müasir Şimali Amerika ərazisində yaşayan dinozavrlar arasında ən qədim növ olduğu ortaya çıxıb. Bəlli olub ki, onun yaşı təxminən 79,5 milyon ildir.
Tapılan kəllə sümüyünün fərqləndirici xüsusiyyətləri arasında üst çənənin bütün uzunluğu boyunca uzanan şaquli silsilələrdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB