Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb

Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb
Meksikanın cənub-şərqində qədim mayalılara aid saray aşkarlanıb. SİA "iz.ru"saytına istinadən xəbər verir ki, Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı tapıblar. Sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir. İnşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir. Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib. Qeyd edək ki, qüdrətli Maya İmperiyasının ən güclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və bu dövr klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə