Marsda həyat başlayacaq 2027-ci ildə

Marsda həyat başlayacaq 2027-ci ildə

2027-ci ildə Mars planetində həyat başlayacaq. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, orada insan həyatının başlaması üçün hazırlanan layihənin adı "Mars One"dır. Layihənin rəhbəri Bas Lansdorp bildirib ki, Marsda yaşamaq üçün 200-min insan müraciət edib. Hələ ki, onlardan 50 kişi və 50 qadın seçilərək müəyyən testlərdən keçirilirlər. Sonda isə ilk mərhələ üçün 4 insan seçilib, Marsa göndəriləcək.

Layihə rəhbərinin sözlərinə görə, sözügedən planetə hər iki ildən bir yeni qrup göndəriləcək və oradakı insanların sayı çoxalacaq. Marsda yaşayan insanların geri dönüşü olmayacaq. Onlar orada öz həyatları üçün lazımi bitkiləri yetişdirməli və sistem xarab olarsa, onu təmir etmək bacarığına yiyələnməlidirlər. Marsda yaşayacaq insanların yaşı 18-dən yuxarı olmalı və onlar birlikdə komanda şəklində hərəkət etməli, çətinliklərin öhdəsindən gəlməlidirlər. Həmin insanların sağlamlıqları da yoxlanılacaq. Yerdə süni olaraq Marsdakı şəraitə oxşar mühit yaradılacaq və seçiləcək insanlar testdən keçiriləcək.

Marsdakı yaşayışı Yerdən izləmək mümkün olacaq. Müraciət etmək üçün hər insan 25 dollar ödəməlidir. Oradakı həyatın yayım hüququna sahib olacaq şirkət və digər sponsorlar Marsda insan kaloniyası yaratmaq üçün lazım olan 6 milyard dolları ödəyəcəklər. Seçiləcək 4 nəfərin Yerdəki yaxınlarına isə ayda 65-145 min dollar arasına maaş veriləcək.

Qeyd edək ki, Marsa gediş müddəti 7 ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə