Kiçik qədəh alkoqolizm riskini aşağı salır

Kiçik qədəh alkoqolizm riskini aşağı salır

Bristol və Kembric universitetlərinin (Böyük Britaniya) alimləri alkoqoldan asılılığın formalaşmasına təsir edən faktorlar barədə maraqlı nəticələrə gəliblər. "Moskovskiy komsomolets" qəzeti xəbər verir ki, britaniyalı alimlər insanın hansı həcmdə alkoqol içməsinin onun istifadə etdiyi qədəhin ölçüsündən bilavasitə asılı olduğunu müşahidə ediblər. Bu, alkoqolsuz içkilər üçün də eynidir. Alimlər Kembric restoranlarından birində qonaqların nə qədər alkoqollu içki sifariş verməsini müşahidə ediblər. Onlar eksperimentin birinci həftəsində hamıya 250 ml həcmində qədəh verməyi xahiş ediblər. İkinci həftədə 300 ml, üçüncü həftədə 370 ml həcmində qədəhlərdən istifadə olunub.

Məlum olub ki, adamlar böyük qədəhləri daha tez içib, yəni əlavə porsiyanı daha tez sifariş ediblər. Bu zaman porsiyanın həcmi və qiyməti dəyişməz qalıb. Nəticədə, 370 ml qədəh verilən qonaqlar ondan balacasından istifadə edənlərdən 10 faiz çox içiblər.

Alimlər güman edirlər ki, böyük qədəhlərin qanunvericiliklə qadağası alkoqolizm məsələsinin həllinə kömək edə bilər. Oxşar vəziyyət yeməkdə də müşahidə olunur: insanlar iri boşqabda daha çox yemək yeyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə