Meymun hamilə qadını öpdü

Hər kəsin hamilə qadınlara münasibəti fərqlidir. Amma heyvanın hamilə qadına münasibətini görmək çox maraqlıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 37 həftəlik hamilə qadın sevgilisi ilə zooparka gedərək, gözləmədiyi hadisə ilə rastlaşıb. Hamilə qadının qarnını görən meymun ağıla gəlməyən hərəkət edib.

Belə ki, qarnını qəfəsin pəncərəsinə söykəyən qadın maraqla meymunun nə edəcəyini gözləyib. Meymun isə hərəkəti ilə hər kəsi təəccübləndirib. Heyvan şüşəyə yaxınlaşaraq qadının qarnından öpüb. Daha sonra qadının sevgilisi heyvanın pəncərəsəinə yaxınlaşıb. Bu zaman meymun gənc oğlana tərs-tərs baxaraq öz yerində əyləşib.

Həmin videonu izləyə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə