İngiltərədə maraqlı hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sağ əlinin şişindən şikayətlənən gənc ağrılara dözməyərək həkimə müraciət edib. Şikayətçinin əlini müayinə edən həkimlər heyrətlərini gizlədə bilməyiblər. Rentgen müayinəsinin nəticələri əldə, barmaq sümükləri arasında dişin olduğunu aşkar göstərib. Belə olan halda şikəyətçinin əli əməliyyat olunub və diş oradan çıxarılıb.
İngiltərənin "Queen Victoria Hospital"da əməliyyat olunan 19 yaşlı gənc boksla məşğul olduğunu açıqlayıb: "Zalda məşq edən zaman əllərimdə boks əlcəyi olmayıb. Qarşımdakı manikenə yumruq vuranda qardaşım qəflətən qarşıma keçdi. Yumruğum onun ağzına dəydi. Görünür həmin zaman qardaşımın dişi əlimə girib",
Əməliyyata rəhbərlik etmiş professor Roşan Vijayanın sözlərinə görə, əgər gənc bir qədər gec müraciət etsəydi, onun əlində iltihab, irinləmə və əzələ çürüməsi baş verə bilərdi. Bu zaman şikəyətçinin əli kəsilə bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB