İsrail arxeoloqları Yerusəlim yaxınlığında apardıqları qazıntılar zamanı yaxşı vəziyyətdə qalmış 12 maska tapıblar. Alimlər onların 9 min il əvvələ- neolit dövrünə aid olduğunu bildiriblər.
Daş üzərinə həkk olunan maskaların hər birinin çəkisi 2-3 kiloqramdır.
Apardıqları tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər ki, maskaların böyüklüyü həmin dövrdə insanların üz cizgilərinin iriliyindən xəbər verməklə yanaşı, həm də onların insanın sifətində rahat dayanması məqsədi daşıyıb.
Üzərində insanları dəhşətə gətirən görüntülərin olduğu maskalara baxan hər kəs istər - istəməz qorxu hissi keçirməli olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB