Bunun qarşısını almaq üçün məzar başında növbətçilik təşkil edilib
Ötən bazar günü vəfat edən türk musiqisinin sevilən sənətçisi Müslüm Gursəslə bağlı ilginc iddia ortaya atılıb. Türkiyə mətbuatının yazdığına görə, onun bəzi heyranları sənətçinin cənazəsini qaçırıb doğulduğu Şanlıurfada və ya böyüdüyü Adanada dəfn etməyi planlaşdırır.
Gursəsin meneceri Nevzat Takmaz bu barədə yayılan xəbərlərdən hətta Şişli bələdiyyəsinin də xəbərdar olduğunu vurğulayıb. Onun sözlərinə görə, söylənilənlərin qarşısını almaq üçün Gursəsin məzarı başında növbətçilik təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB