Növbəti həftə bürclər nə vəd edir?

Növbəti həftə bürclər nə vəd edir?

Bir çoxlarınızı sevgi, bəzilərinizi isə pul gözləyir

Üzümüzə gələn həftə Əkizlər və Xərçəngləri iş həyatında, Şir bürcündən olanları isə eşq həyatında yeniliklər gözləyir. Qoç və Buğalar üçün kritik gün çərşənbədir.

Qoç - Dəyişiklik yaxındadır

Bu aralar uzaq məsafəli bir səfər üçün təcili çemodanınızı toplamalısınız. Çərşənbə günki yeni ay sizə beynəlxalq bir layihə imkanı yaradacaq. Ağlınızdakı başqa bir seçim isə universitetə qayıdıb yeni bir təhsil almaq ola bilər.

Buğa-Qarlı bir həftə

Dostunuzla edəcəyiniz söhbət çərşənbə günündən sonra diqqətinizi yeni bir maddi qaynağa çevirəcək. Sərmayənizin gözlənilməz şəkildə artacaq.

Əkizlər - İrəliləyiş zamanıdır

Həftənin əvvəlində işlə bağlı anlaşmaları imzalamaqdan çəkinin.13 dekabrda yeni bir işlə bağlı irəliləyiş etmək üçün özünüzü güclü hiss edəcəksiniz. Münasibətlərinizdəki axtardığınız ahəngliyi tutmaq şansınız böyükdür.

Xərçəng - İş imkanı

Əgər yeni bir təyinat haqda düşünürsünüzsə, 13 dekabrdakı yeni ay sizə imkanlar yarada bilər. İşinizi dəyişmədən, əvvəlcə yeni tapdığınızı işi gözdən keçirin. Ofisdəki söz-söhbətlərdən uzaq durun, başınızı əngələ sala bilər.

Şir - axtradığınız sevgi kapının ağzında

Bu həftə romantika ön planlarınızda olacaq. Yalnızsızsa, yeni sevgi axtarırsınızsa, bu həftə tam sizin üçündür. Çərşənbə axşamına qədər yeni biri ilə tanış ola bilərsiniz. İş yoldaşlarınız işdən sonra harasa dəvət etsələr, mütləq qəbul edin.

Qız - Ev işləri qaydasında olacaq

Evinizi satışa çıxarıb, yenini almaq istəyirsinizsə, ideal vaxt 13 dekabr və ondan sonrakı tarixlərdir. Dekabrın 11-də bəzi məsələlərdə sevgilinizdə anlaşılmazılq yaşana bilər.

Tərəzi - Səfər gözlənilir

13 dekabrda bacı və ya qardaşınızdan gələn bir xəbərdən sonra yola çıxa bilərsiniz. Ölkədaxili səfərlər lap yaxındadır. Sizə sərf edəcək yeni anlaşmalar da gözlənilir. Amma bu dekabrın 13-dən sonra olsa yaxşıdır.

Əqrəb - Pul gəlir

Maddi vəziyyətiniz düzəlməyə doğru gedir. 13 dekabrdakı yeni ay ve Venera da eyni sahəyə daxil olduqlarından qazancınız təxminən ikiqat artacaq. Bundan başqa, bacarıqlarınızı göstərə biləcəyiniz bir çox fürsətlər də sizi gözləyir.

Oxatan - Yeni bir həyat

Bu həftədəki fürsətlər yeni bir həyata başlamağınız üçün ideal zamandır. 13 dekabrdakı yeni ay yeni münasibətlərə başlamaq imkanı, ya da özünüz üçün daha çox səy göstərməli olacaqsınız.

Oğlaq - Çatışmazlıqlarınıza diqqət edin

Bu həftə adı gizli saxlayan bir şəxsdən gözləmədiyiniz kömək, ya da hədiyyə ala bilərsiniz. Həftənin əvvəlində yeni anlaşmalar imzalamaqdan çəkinin. Qərarınızı dəyişəcək bəzi məlumatlar əksiz ola bilər.

Dolça - Sosiallaşma zamanıdır

Sosiallaşma zamanı sosial çevrəniz genişlənir. Çərşənbə günü sizə ilham verəcək yeni insanlarla, qruplarla tanış olacaqsınız. Bu yeni qrupdakı mövqenizlə bağlı çaşıb qalsanız, qərarınızı həftənin sonunda verməyə çalışın.

Balıq - Səbirli olun

Karyeranızla bağlı bir sıra həmlələr edə bilərsiniz. Əldə edəcəyiniz uğur qarşıdakı 2 həftə ərzində davam edəcək. Amma yenə də həftənin əvvəlində fikirlərinizi yuxarı dairələrə çatdırmaqdan çəkinin. Hərəkətə keçmək üçün 13 dekabrı gözləyin.

Bütün xəbərlər Facebook səhifəmizdə