Atatürkün bilinməyən şəkilləri tapılıb

Atatürkün bilinməyən şəkilləri tapılıb

Türkiyənin I prezidenti Mustafa Kamal Atatürkün dəfn mərasiminə aid və bu günə kimi heç kimə məlum olmayan şəkilləri mətbuatda yayımlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, şəkillər tanınmış iş adamı və kolleksiyaçı Məhəmməd Yüksəlin arxivindən xüsusi icazə ilə alınıb.

Eyni kolleksiyada yer alan digər 13 yeni şəkil də üzə çıxarılıb. Şəkillərdə prezidentin dəfn mərasimdən əvvəl və heç kimin görmədiyi anlar yer alıb. Digər arxivdən tapılan şəkillərdə isə Atatürkün son mənzilə yola salındığı mərasimi yer alıb.

Qeyd edək ki, Atatürk 10 noyabr 1938-ci ildə "Dolmabahçe Sarayı"nda saat 09.05-də son nəfəsini verib. Mərhumun məzarı 21 noyabrda müvəqqəti olaraq Etnoqrafiya Muzeyində yerləşdirilib. Yalnız ölümünün 15-ci ildönümündə, yəni 10 noyabr 1953-cü ildə cəsədi geniş mərasimlə "Anıtkabir"də dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə