Dünyada ilk dəfə eynəksiz izlənilən 3D televizoru-FOTO

Dünyada ilk dəfə eynəksiz izlənilən 3D televizoru-FOTO

Yaponiyada keçirilən məşhur "Ceatec Expo" elektron əşya sərgisində "Toshiba" firması dünyada ilk dəfə olaraq eynəksiz izlənilən 3D televizorlarını təqdim etdi. "Regza" adı verilən bu televizorlar əslində "Toshiba" firmasının üstün texnologiyalı məhsul seriyasının bir hissəsidir. 55 düyum LED TV dünyada ilk dəfə olaraq QFHD texnologiyasını dəstəkləyir, 3,840 × 2,160 piksel dəqiqlikli 4X Full HD cihaz TV paneli, 5000:1 kontrast nisbətini dəstəkləyir və tək düymə ilə 2D və 3D görünüş texnologiyaları arasında keçid edə bilir. 55 düymlük ekranda eynəksiz 3D kefi yaşadacaq bu cihazın nə vaxt dünya bazarına çıxarılacağı bəlli deyil. Dəyəri 11. 200 dollardan başlayan bu cihazı Yaponiyada ilin sonunda dekabr ayında satışa çıxarılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə