Gərgin iş tempində özünüzə ayıracaq zaman tapa bilmirsiz, ancaq gün boyunca gözəl və baxımlı görünmək istəyirsinizsə, bu təkliflər tam sizə görədir! SİA-nın xəbərinə görə, ofisdəki siyirtmələrinizdən birini praktik kosmetik məhsulları üçün ayırın, gözəlliyin kefini çıxarın!
Bağlayıcı: Kompüter ekranına baxarkən yorulan gözlərinizi canlandırmaq ya da birdən yaranan qızarıqlıq, sızanaq kimi gözəlliyinizi kölgələyən problemləri ortadan qaldırmaq üçün pomada şəklində bağlayıcıları siyirtmənizdə mütləq saxlayın. Problemli bölgəyə bağlayıcını sürün və barmaq uclarınızla yayın. Həmin an yox olduğunu görəcəksiniz. Bağlayıcı seçərkən dərinizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
Ənlik : Yorğun üzünüzü canlandırmaq üçün ən təsirli üsullardan biri almacıq sümüklərinizin üzərinə yüngülcə ənlik sürməkdir. Kiçik ölçülü bir ənliyi enerjili görünmək istədiyiniz zamanlar üçün siyirtmənizdə saxlayın. Orta ölçülü ənlik fırçasıyla almacıq sümüklərinizin üzərinə sürtün, üzünüzün canlandığını görəcəksiniz. Ofis mühiti üçün ən uyğun ənlik rəngləri; toz çəhrayı, şaftalı və torpaq tonlarıdır.
Dodaq Parladıcısı : Çantanızda ya da siyirtmənizdə asanca saxlaya biləcəyiniz dodaq parladıcıları möcüzəvi xüsusiyyətə sahib kosmetik məhsullardır. Makiyaj etməyə heç vaxtınız olmasa belə yalnız dodaq parladıcısı sürərək canlı və gözəl görünə bilərsiniz. Ofis mühiti üçün ən uyğun dodaq parladıcısı rəngləri; şəffaf, açıq çəhrayı tonlarıdır.
Nəmləndirici Krem : Kondisioner ya da radiatorların meydana gətirdiyi süni hava dərinizi mənfi təsir edər və qurudar. Kiçik ölçülü nəmləndirici kremlər dərinizin ehtiyac duyduğu nəmi təmin etmək və siyirtmənizdə çox yer tutmadan saxlamaq üçün idealdır.
Diş Fırçası və Məcunu : Makiyajınız nə qədər qüsursuz olsa da baxımsız dişlər bütün gözəlliyinizi kölgədə qoyar. Gün boyunca çay və qəhvə içməkdən saralan dişlərinizi təmizləmək üçün siyirtmənizdə diş fırçası və diş pastası mütləq saxlayın.
Praktik saxlama imkanı təqdim edən kiçik ölçülü diş fırçaları və məcunları ofis siyirtməsi üçün idealdır və çox yer tutmaz.
Dəyərləndirin!
Gün boyu işlədiniz və yoruldunuz. Özünüzü mükafatlandırmanın tam zamanıdır! Axşamüstü enerjinizi yüksəltmək və daha yaxşı hiss etmək üçün siyirtmənizdə az kalorili şokoladlar və ləziz qoxulu bitki çayları saxlayın. Xüsusilə melissa, çobanyastığı kimi bitki çayları sakitləşdirici və dinləndirici xüsusiyyətə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB