MGH-nin həkim patomorfoloqunu tanıyaq

İkinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının həkimi Emin Mirzəyevi tanıyaq:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin həkim patamorfoloqu Emin Mirzəyevi 2020-ci ilin 5 noyabr tarixində həkim-zabit kimi Vətən müharibəsinə səfərbər olub. SİA xəbər verir ki, dr.Emin Mirzəyev İkinci Qarabağ müharibəsi zamanı Fizuli Diaqnostika Mərkəzində şəhidlərin məhkəmə tibbi ekspertizasını aparmışdır.
Qeyde edək ki, Dr.Emin Mirzəyev 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş, 2012-2015-ci illərdə Türkiyənin Ankara şəhərində Gülhanə Askeri Tibb Akademiyasında tibbi patologiya şöbəsində ixtisaslaşma kursunda iştirak edib.

Dr.Emin Mirzəyev 2016-cı ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi (1918-2013)” yubiley medalı, 2019-ci ildə Azərbaycan Ordusunun 100 İlliyi (1918-2018)” yubiley medalı və 26 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası “Qüsursuz Xidmətə Görə 3-cü Dərəcəli medal” ilə təltif olunub.
Biz sizinlə fəxr edirik!
#QarabağAzərbaycandır
#AzərbaycanOrdusu
#Qəhrəmangömrükçülər

Bütün xəbərlər Facebook səhifəmizdə