İlk tibbi yardımı kimlər göstərə bilər? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
“İlkin tibbi yardım təcili yardım çağırılmadan və ya təcili yardım briqadası gələnədək zərərçəkənə edilən yardımdır. Bunu hər kəs edə bilməz, ancaq xüsusi təlimlər keçmiş şəxslər tərəfindən ilkin tibbi yardım edilməlidir. Xüsusi təlimlər keçmiş şəxslərə hüquq-mühafizə orqanlarını, FHN-nin əməkdaşlarını və ya hər hansı tibbi yardım kurslarında, təlimlərində olan şəxsləri aid edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, belə şəxslər həm özlərinə, həm də ətrafındakılara yardım göstərə bilərlər. İlk yardım isə ilkin tibbi yardımdan fərqlidir. İlk yardımı tibbi anlayışı və səriştəsi olmayan şəxslər də göstərə bilər. Bu ancaq kömək xarakterlidir. Yəni, təhlükə vəziyyətini yüngülləşdirir, daha ağır vəziyyətlərin yaranmasının qarşısını alır. Məsələn, dəm qazı ilə zəhərlənən şəxsi təmiz havaya çıxarmaq, travma alıbsa zərbədən azad etmək və s".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB