"Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejmi 1 yanvar 2023-cü ol tarixinə qədər uzadıldı. Buna səbəb əsasən odur ki, pandemiya dövrü hələ bitmiş hesab olunmur". Bu fikirləri SİA-ya açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib.
O qeyd edib ki, bir sıra ölkələrdə yoluxma sayları daynmadan artır: "Baxmayaraq ki, ölkəmizdə gündəlik yoluxma və aktiv xəstə sayı nəzarət oluna bilən həddədir. Amma hələ də yolxma, ölüm halları müşahidə olunur. Hüsusilə qış fəslinin gəldiyini nəzərə alaraq kəskin respirator infeksiyalarına yoluxma halları müşahidə olunur. hələ də buster dozanı qəbul etməyən şəxslər var. Buster doza qəbul etməyən yaşlılar, digər xroniki xəstəliyi olan şəxslər özlərini qorumalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB