Bu gün “Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikada çalışan qazi və şəhid ailəsi üzvləri ilə görüşüb. SİA xəbər verir ki, tədbirdə son 3 ay ərzində tibb müəssisəsinə işə qəbul olunmuş 20-dək I və II Qarabağ Müharibəsinin qaziləri, veteran və şəhid ailələri, həmçinin klinika əməkdaşları iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən C.Paşayev ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, sağlamlıqlarını qurban verən qazilərimizə can sağlığı diləyib.
Tədbirdə “Yeni Klinika”tibb müəssisəsində çalışan qazi və şəhid ailəsi üzvlərinin istək və təkliflərini dinləyən Cavid Paşayev aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Sonda xatirə şəkli çəkdirilib.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB