Yenidən qapanmalar olacaq? - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Koronavirusla aparılan mübarizə tədbirləri nəticəsində hazırda Azərbaycandakı vəziyyəti qiymətləndirsək birmənalı şəkildə epidemioloji vəziyyətin nəzarət altında olduğunu və prosesin müvafiq səhiyyə qurumları, dövlət strukturları tərəfindən idarəolunan formada saxlanılmasının, vəziyyətin müsbət istiqamətdə olmasının şahidi oluruq”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, həkim Müşfiq Məmmədli deyib.

Millət vəkili qeyd edib ki, mövsümi olaraq havaların dəyişməsi müəyyən xəstəliklərin artımına gətirib çıxardır. Yəni yuxarı tənəffüs yollarında yaranan xəstəliklərin ümumən hər il dövrü olaraq bu vaxtlarda yarandığının şahidi oluruq. Bu bir risk faktoru kimi qəbul edilməlidir. Həmçinin Avropada və Rusiyada koronavirusa yoluxan və nisbətən yüngül formada olan ştampların olmasını biz müşahidə edirik. Yuxarı tənəffüs yollarında müəyyən xəstəliyin yaranması insanın orqanizmindəki immun sisteminin aşağı düşməsi ilə nəticələnir. Bu baxımdan biz yenə də vaksinasiya prosesinin nə dərəcədə önəmli olduğunu vurğulamalıyıq. Xüsusən xroniki xəstəlikləri olan insanlar davamlı şəkildə öz müalicələrini həyata keçirməlidirlər. Dövlət strukturları isə yumşalmış karantin rejimini həyata keçirdirlər. Dövlətin məhz bu istiqamətdə gördüyü işlər bir növ prosesi nəzarət altında saxlayaraq, tədricən yumşaldılmaların bütün elementlərini həyata keçirtməkdən ibarətdir. Karantin rejiminin müəyyən müddətə kimi uzadılması mövcud prosesin izlənilməsi, həm də var olan risklərin qarşısını almaq baxımından çox önəmlidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə