Mərkəzi Gömrük Hospitalı ISO 9001:2015 sertifikatı ilə təltif olunub
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Keyfiyyəti İdarəetmə Sistemi sahəsində ISO 9001:2015 sertifikatı ilə təltif edilib. SİA xəbər verir ki, illik nəzarət yoxlamalarının keçirilməsi və təsdiqlənməsi şərti ilə ISO 9001:2015 sertifikatı 28 dekabr 2023-cü il tarixinə qədər etibarlı olacaqdır. Bu sertifikatın alınması Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında gömrük orqanları əməkdaşları və onların ailə üzvlərinə, dövlət və özəl sığorta şirkətləri tərəfindən sığortalanmış vətəndaşlara və digər əhali qruplarına göstərilən tibbi xidmətlərin, eyni zamanda dənizçilərin və digər sahələrdə çalışan işçilərin ilkin və dövri tibbi peşə müayinələrindən keçməsi prosesinin Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uğun təşkil edilməsinin daha bir göstəricisidir. Bu sertifikat həmçinin, həmin tibbi xidmətlərin yüksək səviyyədə və lazımi keyfiyyətdə göstərilməsi üçün zəmanətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB