İki növ koronavirus birləşdi YENİ VİRUS

ABŞ-ın Boston şəhərində elm adamları yeni bir araşdırmaya imza atıblar. SİA xəbər verir ki, iki növ koronavirusun birləşdirilməsi ilə əldə edilən yeni variantın siçanlarda ölümcüllük dərəcəsi 80 faiz olduğu açıqlanıb. ABŞ-ın Boston Universitetinin tədqiqatçıları Çinin Vuhan şəhərində ortaya çıxdığı güman edilən koronavirusun ilk versiyası ilə laboratoriya mühitində Omicron variantını birləşdirərək 80 faiz öldürücülük dərəcəsi olan yeni bir variant əldə ediblər . 2020-ci ildə virusun yayılmasının arxasında bu cür təcrübələrin dayandığı güman edildiyi üçün ABŞ tədqiqatçılarının bəzilərində bu qəzəb yaradıb.

Qeyd edək ki, nəticələri keçən həftə bir məqalədə dərc edilib. "İmmunitet sistemindən sağ qalan və ciddi xəstəliklərə səbəb olan" bu yeni koronavirus variantı verilən siçanların 80 faizi təcrübələr zamanı öldü.

Tədqiqat qrupu bu yeni mutant variantının insanlarda daha az öldürücülüyə malik olduğunu vurğuladı, lakin nəticələr həmçinin laboratoriyada aparılan ağciyər hüceyrələrində virus hissəciklərinin beş dəfə çox olduğunu ortaya çıxdı.
İsrail Bioloji Tədqiqat İnstitutunun keçmiş rəhbəri Şmuel Şapira Bostonda bu təcrübələr haqqında danışarkən qeyd edib ki, onlara qadağa qoyulmalıdır: "odla oynayırlar".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə