Hicran Xıdırova: "Erkən diaqnostika və doğru müalicə çox önəmlidir"
Bakıda daha bir irimiqyaslı tədbir - Beynəlxalq Qastroenteroloji Onkoloji Hepatoloji sammit keçirilib. Sammitdə Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyi və Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosiasiyasının üzvləri eyni zamanda, bir çox ölkədən dəvət olunmuş tanınmış mütəxəssislər iştirak ediblər.
Hepatoloji Mərkəzin rəhbəri, Avropa Qaraciyər Xəstəliklərinin Araşdırma Dərnəyi (EASL) və Rusiya Qaraciyər Problemlərinin Araşdırma Birliyinin (ROPİP) üzvü, tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova mətbuata açıqlamasında qeyd edib ki, tədbirin əsas məqsədi həkimlərə müalicə taktikalarının doğru seçilməsi, ən yeni terapevtik müalicələr haqqında məlumat çatdırmaqdır: “Sammitin bir hissəsi onkoloji problemlərə, xüsusilə də qaraciyər xəstəliklərindən sonra yaranan onkoloji problemlərə həsr olunub. Məqsədimiz səsimizi bütün cəmiyyətə çatdırmaqdır ki, erkən diaqnostika və doğru müalicə çarəsiz hesab etdiyimiz onkoloji xəstəliklərin qarşısını almağa yardımçı olur. Sammitdə məruzə etdiyim mövzu hepatoselülyar karsinoma epidemiologiyası haqqında oldu”.
Qeyd edək ki, Hicran Xıdırova 44 günlük müharibə zamanı da bir çox qazi və şəhid ailələrinə xidmət göstərən həkimlərimizdən biri olub. Postmüharibə dövründə isə “YAŞAT” Fondu ilə əməkdaşlıq edərək həmin həssas təbəqədən olan vətəndaşlara təmənnasız xidmət göstərməyə davam edib.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB