Koronavirusa yoluxanların sayı 23 milyonu keçib - İTALİYADA

İtaliyada indiyədək koronavirus (COVID-19) infeksiyasına 23 milyondan çox yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 40 min 580 nəfər artaraq ümumilikdə 23 milyon 30 min 777-yə yüksəlib.

COVID-19 qurbanlarının sayı isə 98 nəfər artaraq 177 min 883-ə çatıb.
Hazırda ölkədə 542 min 766 aktiv koronavirus xəstəsi var. Onlardan 244 nəfəri reanimasiya şöbəsində müalicə alır.

İtaliyada pandemiya dövründə 22 milyon 310 min 128 nəfər virusdan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə