Koronavirusa yoluxanların sayı 620 milyonu ötüb - DÜNYADA

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 620 milyonu keçib. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Pandemiyanın başlanmasından indiyədək 620 878 405 yoluxma və 6 543 138 nəfərin ölüm qeydə alınıb.

Son iki gündə yoluxanların sayı 912 483 nəfər, ölənlərin sayı 2 486 nəfər artıb.

Ən çox yoluxma ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadadır.

Bütün xəbərlər Facebook səhifəmizdə