Mərkəzi Gömrük Hospitalının kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq dr.İlqar Tahiroğlu və komandası tərəfindən Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib. SİA xəbər verir ki, pasient Rafael Əliyev ciddi təngənəfəslik, boğulma şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib. Dr.İlqar Tahirğolu tərəfindən aparılan ətraflı müayinələr nəticəsində xəstənin ürəyinin aorta klapanında ciddi kritik darlıq olduğu müəyyən edilib. Pasientin qapalı yolla TAVİ əməliyyatı olunmasına qərar verildi.
Pasient dərman müalicəsindən keçdikdən sonra Mərkəzi Gömrük Hospitalının stasionar şöbəsinə yerləşdirildi. Tavi əməliyyatı zamanı xəstənin arteriyasından girilərək heç bir kəsik aparılmadan, ümumi anestizya verilmədən uğurlu bir şəkildə yeni aorta qapağı yerləşdirilib. Dr.İlqar Tahiroğlu pasiyentin əməliyyatı ilə bağlı bildirib: “Pasiyentin əməliyyat müddəti 50-55 dəqiqə çəkib. Hazırda xəstənin vəziyyəti tam stabildir. Əməliyyatdan 24 saat sonra xəstə gəzməyə başlayıb və əməliyyatdan 48 saat sonra evə yazılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB