MGH-nin komandasına yeni qoşulmuş invaziv kardioloqu təqdim edirik
Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Şəhla Ağayevanı təqdim edirik. SİA xəbər verir ki, dr.Şəhla Ağayeva 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2017-2021-ci illərdə Azərbaycan Tibb Universitetində kardiologiya ixtisası üzrə rezidentura təhsili alıb. O, 2021-2022-ci illərdə müxtəlif özəl tibb müəssisəsində invaziv kardioloq kimi çalışıb. 2022-ci ilin avqust ayından Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində invaziv kardioloq kimi fəaliyyət göstərir.
Dr.Şəhla Ağayeva dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyətləri izləyən və praktikada tətbiq edən, Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Fransada keçirilən forumlarda, konfranslarda yaxından iştirak edən, bilik və bacarıqlarını artıran invaziv kardioloqdur. Belə ki, dr.Şəhla Ağayeva 2022-ci ildə Qazaxıstanda Milli Tədqiqat Kardio-cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən “TAVİ əsasları və THV elmi,kliniki yeniləmə” təlimində iştirak edib. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.
Hazırda Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq olaraq fəaliyyətə başlamış Dr. Şəhla Ağayevanı yeni təyinatı münasibətlə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB