Türkiyəyə xəbərdarlıq gəldi - DİQQƏT!

Yunanıstanda insan tələfatına səbəb olan "Qərbi Nil" virusu ilə bağlı mütəxəssislərdən xəbərdarlıq gəlib. SİA xəbər verir ki, ağcaqanadların yoluxduğu "Qərbi Nil" virusu Yunanıstanda 10-dan çox insanın ölümünə səbəb olarkən, mütəxəssislər virusun köçəri quşlar tərəfindən Türkiyəyə keçə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Mütəxəssislər "Kuleks" tipli ağcaqanadların "Qərbi Nil" virusunun daşıyıcısı olduğunu və onların köçəri quşlar, təyyarələr və gəmilərlə daşına biləcəyini bildiriblər. Hələ peyvəndi və sınaq üsulu olmayan "Qərbi Nil" virusundan qorunmaq üçün ağcaqanad dişləmələrinə qarşı tədbir görülməsi lazım olduğunu bildirən mütəxəssislər evdə milçək qovuculardan istifadə etməyi və uzunqol geyinməyi təklif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə