Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün natiqlik təlimi keçirilib
Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün natiqlik təlimi keçirilib. Təlimdə filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, "Humay" və "Şəms" Milli Mükafatlarının laureatı, Jurnalistlər İttifaqının üzvü, telejurnalist Zöhrə Əliyeva natiqliyin sirrləri, ritorika sənətinin incəlikləri, eləcə də çıxış edərkən həyəcanın idarə edilməsi, nitqin təkmilləşdirilməsi üçün söz bazasının formalaşdırılması və digər vacib mövzular barədə ətraflı məlumat verib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə Mərkəzi Gömrük Hospitalının tibb personalı ilə yanaşı könüllü gömrükçülər də iştirak edib. Təlimdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və təlim qrup şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB