“Coca-Cola” ilə baş ağrılarını aradan qaldırmaq olar?

....Hətta bir stəkan “Coca-Cola” miqren xəstəliyinə səbəb ola bilər,amma bununla belə, xroniki baş ağrısı ilə mübarizədə də kömək edə bilər.

.. Nevroloq-neyrofizioloq Yelena Anisimova bəzi insanlara “Coca-Cola” ilə ağrıları aradan qaldırmağı məsləhət görüb.

Anisimovanın sözlərinə görə, qazlı və rəngli içki miqren və baş ağrısına səbəb ola bilər. Həkim bildirir ki, qazlanma səbəbindən qan damarlarının keçiriciliyi yaxşılaşır, divarları genişlənir və bu, miqrenlərə səbəb olur. Baş ağrısı, öz növbəsində, içkinin qanın qaz tərkibini dəyişdirməsi səbəbindən inkişaf edir.

Buna görə də qazlı və rəngli içkilərdən istifadə etmək tövsiyə edilmir.

...Eyni zamanda, nevropatoloqun fikrincə, əgər bu ağrı xroniki xarakter daşıyırsa, depressiya və “ağrı kəsici” sevinc hormonlarının azalması ilə müşayiət olunarsa, bu halda kola baş ağrısını aradan qaldıra bilər.

“Bu, serotonin, dopamin, norepinefrindir. Xroniki baş ağrılarında bu hormonlar tükənir. Ona görə də orqanizmin mübarizə aparması üçün az miqdarda Coca-Cola və ya tez sorulan şirin məhsul kifayətdir”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə