Bu hamilələr risk qrupuna daxildir - DİQQƏT - GİNEKOLOQ AÇIQLADI

"Yaşlı qadınlarda yumurta hüceyrə olmur. Onların hamilə qalması üçün donor yumurta hüceyrə olur və onu mayalandırırlar". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, yəni, yaşlı qadından yumurta hüceyrəsi tapılması mümkün deyil: "Ümumiyyətlə, 40 yaşın üzərində olan hamiləliklər riskli sayılır. Amma hər hansı problem çıxacağı da 100 faiz deyil".

Ləman Əliyeva sözlərinə belə davam edib: "Cavan hamilələrdə risk olmadığı üçün genetik testlər tələb olunmur. Amma yaşlı hamilələrdə bunların hər birini etmək mütləqdir ki, gələcəkdə fəsadları görə biləsən. Çünki yaşlı hamilələrin uşaqlarında daun sindromu və autizm göstəricisi daha yüksəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə