Mərkəzi Gömrük Hospitalında PZR (COVID-19) testinin qiyməti 65 AZN təşkil edir

Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası PZR (COVID-19) testdən keçmək xidmətini göstərir. PZR testinin qiyməti 65 AZN təşkil edir. PZR testi verən şəxsin burun və ağız boşluğundan yaxma götürülür. Şəxsiyyət vəsiqəsini təqdim etməklə hər gün saat 12.00-a qədər PZR testini vermək mümkündür.

PZR testinin cavabı 12 saata qədər verilir. Qeyd edək ki, PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.

Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə