Mərkəzi Gömrük Hospitalının həkim-pediatrları Ege Universitetində təlim keçirlər

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova və pediatr-neonatoloq Ülkər Məhərrəmova 1 iyul-1 sentyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursinda iştirak edirlər.

Təlimdə neonatologiya sahəsində nəzəri və praktiki biliklər mənimsənilir, o cümlədən, yenidoğulmuşların intensiv terapiyası, mamaçalıq, neonatal xidmət və ümumi pediatrik ambulatoriya, körpələrə təcili təxirəsalınmaz xidmət, həmçinin, tibbdə innovasiyaların tətbiqi öyrədilir.

Ege Universitetində təşkil edilən bu təlimin məqsədi – uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, uşaq nevroloqlarının, o cümlədən digər tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, tibb işçilərinin müasir yanaşma və təcrübə ilə tanış edilməsidir.

Hospitalın həkim-pediatrlarının 1 sentyabr 2022-ci il tarixinədək davam edəcək bu təlimdə iştirakı və mənimsədikləri akademik biliklər xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə