Pandemiya sonlanır? - İNFEKSİONİST AÇIQLADI

“Son sutka ərzində vaksin vurulmadığı qeydə alınıb. Təbii ki, bu halın pandemiyanın sonlanması ilə bir əlaqəsi yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında infeksionist həkim Vasif Əliyev bildirib.

İnfeksionistin sözlərinə görə, dünyada pandemiya davam edir: “Düzdür insanlar xəstəliyi rahat şəkildə keçirirlər. Lakin hələ ki, pandemiya öz aktuallığını qoruyub saxlayır. Yoluxanların sayı yüksək olduğu halda, pademiyanın bitməsini gözləmək absurd bir hal olar. Düşünürəm ki, vəziyyəti yaxından təqib etməkdə fayda var. İnsanlar yoluxma sayının artmağından qorxmamaqla yanaşı, eyni zamanda, ehtiyatlı davranmalıdırlar. Çünki yoluxan insanların sayı 500 nəfər təşkil edir. Mən vaksin olunan və ya müəyyən səbəblərdən vaksin olunmayan insanlara tövsiyə edərdim ki, özlərini qorumağa çalışsınlar. Bunun üçün də ara məsafəsinə, gigiyenik qaydalara, qapalı məkanlarda könüllü şəkildə maska taxmağa riayət etsələr, daha yaxşı olar. Biz bunlarla özümüzü virusdan qoruya bilərik. Lakin gələcəkdə pandemiyanın bitib-bitməməsi dünyada gedən pandemiya prosesləri ilə əlaqəlidir. Əgər dünyada pandemiya bitsə, Azərbaycanda da pandemiya sonlanacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...