Tibbi laboratoriyanın auditi keçirilib - FOTOLAR

15 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə audit üçüncü dəfə keçirilib. SİA xəbər verir ki, tibbi laboratoriyasının ISO 15189:2012 standartı üzrə auditi İngiltərənin “Sublime Managment Services” şirkəti tərəfindən aparılıb. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin rəisi Sevinc Gülmalıyeva və laboratoriyanın personalı İngiltərənin “Sublime Managment Services” şirkəti direktoru Mahid Tanveerin audit prosesində suallarını cavablandırıblar. Direktor Mahid Tanveer İSO standartları üzrə laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun olaraq təşkil edilməsini audit edib. Qeyd edək ki, auditin nəticələri bir-neçə gün ərzində “Sublime Managment Services” şirkəti tərəfindən veriləcək. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl klinik-diaqnostik laboratoriyalardan biridir.

Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda 24 saat rejimində klinik, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə