Son gündə 518 nəfər koronavirusa yoluxub - AZƏRBAYCANDA

Azərbaycanda son sutkada 518 nəfər koronavirusa yoluxub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 457 nəfər müalicə olunaraq sağalıb, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 805 103 nəfər koronavirusa yoluxub. Onlardan 792 113 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 217 nəfərdir.

Ölkədə son sutka ərzində 3 553 , hazırkı dövrədək isə 7 095 150 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə