Qaynadılmış çuğundurun zərərləri...

Rusiyalı diyetoloq Zoya Boqdanova qaynadılmış çuğundurun nə vaxt sağlamlıq üçün təhlükə yarada biləcəyindən danışıb.

SİA həkimin “Moskva 24” telekanalına verdiyi müsahibəsinə istina edir.

Beləliklə, Boqdanova şəkərli diabet xəstələrinə çuğundur yeməmək barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, sadə nişastalar tamamilə həll olunduğuna görə şəkərlər qana çox tez sorulur.

Bundan əlavə, sidik sistemi xəstəlikləri olan insanlar üçün çuğundur yeməkdən çəkinməyə dəyər.

Çünki çuğundurun tərkibinə daxil olan oksalat turşusu sidik daşı xəstəliyinin - oksaluriyanın kəskinləşməsinə səbəb ola bilər.

Ona görə də sidik-cinsiyyət sistemi xəstəlikləri olan insanlar çuğundur yeməməli və xəstəliyi çuğundur suyu ilə müalicə etməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə