Ümumi karbohidratların istehlakının azaldılması təkcə arıqlamağa deyil, həm yaradıcı təfəkkürün inkişafına, həm də bədənin maksimum məhsuldarlığına nail olmağa kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu dietoloq və terapevt Elena Tixomirova bildirib.

...Mütəxəssisin sözlərini “İzvestiya” yayıb.

“...Pəhrizdə karbohidratların ümumi miqdarının azaldılması əzələ işinin yaxşılaşmasına və yaradıcı təfəkkürün inkişafına gətirib çıxarır, çünki bədən şəkərlə həddindən artıq yüklənmədikdə, o, daha çox məhsuldar olur” deyə dietoloq izah edib.

Həkim, bu gün Yer kürəsinin bütün inkişaf etmiş sivilizasiyasının sözün əsl mənasında piylənmə və artıq çəki epidemiyasında boğulduğu qənaətindədir. Tixomirova görə, bütün əsas xəstəliklər bir növ karbohidratların həddindən artıq istehlakı səbəbindən baş verən artıq bədən çəkisi ilə əlaqələndirilir.

Həkimə görə, karbohidratlar iki növdür: sadə və mürəkkəb. Birincisi şirin dadlıdır, ikincisi isə müxtəlif bişmiş məmulatlar, taxıllar, makaron və digər məhsullar kimi şəkərsiz qidalarda olur.

Lif istisna olmaqla, bütün karbohidratlar qlükozaya çevrilir, həddindən artıq istehlak edildikdə yağa çevrilmə riski var.

...Ona görə də əgər siz gombulsuzsa, yəni çəkiniz artıqdırsa, onda ilk növbədə karbohidratların ümumi miqdarını azaltmaq lazımdır. Məsələn, Siz əgər şəkəri istisna etsəniz, şirin çay və ya qəhvədən imtina etsəniz, əvəzində çox miqdarda qarabaşaq yarması istehlak etsəniz, çəki azalmayacaq, əksinə, artacaq.

Im ki, bunu da Elena Tixomirova bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə