Qan şəkərinin səviyyəsini normallaşdıran qidalar

Aşağı glisemik indeksi olan qidalar qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu "Moskva 24"ə dietoloq, tibb elmləri doktoru Marqarita Koroleva deyib.

“Haşlanmış kartof və makaronu tərkibində qaba lif olan tərəvəzlərlə əvəz edin. Onları gündə dörd dəfə yeyə bilərsiniz, bu sizin gün ərzindəki toxluğunuzu təmin edəcək, bədəni hipoqlikemiyaya gətirmədən - qanda qlükoza səviyyəsini aşağı salacaq” .

Qeyd edim ki, bunu həkim deyir.

Onun sözlərinə görə, meyvə və tərəvəzlər də aşağı glisemik ola bilər-yaşıl möhkəm və xırtıldayan alma və armud, həmçinin qaynadılmış yerkökü və çuğundur. Hərtərəfli çeynənmiş meyvələr bədəni daha yaxşı doyurur, çünki ağız boşluğu məhsulun orqanoleptik xüsusiyyətlərini daha yaxşı qəbul edir. Beləliklə, sadə karbohidratlar qan şəkərində kəskin sıçrayışlara səbəb olmayacaq.

Dietoloq qeyd edib ki, şəkəri yüksək olan insanlar rasiondan rafine şirniyyatları, çörək məmulatlarını, şirin meyvələri və giləmeyvələri xaric etməlidirlər.

Xatırladaq ki, daha əvvəl dietoloq fermentləşdirilmiş süd məhsullarından istifadədə diqqətli olmağa çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə