Fizioterapiyanın ziyanı varmı? -FİZİOTERAPEVT DANIŞDI

“Fizioterapiya tibbin müxtəlif sahələrində istifadə olunan fiziki metodlarla müalicə üsuludur”. Bu sözləri SİA-ya açıqlamasında Fövqalədə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, fizioterapiya dayaq hərəkət sistemi xəstəliklərində, onurğa xəstəliklərində, skoliozda, kifozda, onurğarası disk yırtıqlarında, çıxıqlar, sınıqlardan sonrakı reabilitasiya dövründə, əzələ dartınmalarında və s. istifadə olunur:
“Fizioterapiya nevrologiyada, travmatologiyada daha intensiv, otolarıngologiyada, stomatologiyada, həmçinin urologiyada və ginekologiyada isə fərdi, seçici qaydada tətbiq edilir .
Fizioterapiyanin istifadəsinə əks göstərişlər aşağıdakılardır:
*Epilepsiya,
* Qan və limfa xəstəlikləri,
* Ürək çatışmazlığı,

*Elektrokardiostimulyator tətbiq olunmuş pasientlər,
*Aktiv tuberkulyoz
*Onkoloji xəstəliklər
Xoşxassəli ve bədxassəli şişlər.

Bəzi hallarda fizioterapevtik prosedurların müxtəlif növlərini seçici olaraq tətbiq etmek mümkündür. Məsələn onkoloji xəstələrdə belə, bəzən müəyyən fazada ağrıkəsici elektrik axınlarından istifadə etmək olar.

Müasir günümüzdə elə xəstəliklər var ki, fizioterapevtik müalicə xəstəni həqiqətən də cərrahi müdaxilədən xilas edir. Lakin həkim xəstəyə fərdi yanaşmalı, xəstəliyin ağırlıq dərəcəsinə əsasən düzgün müalicə metodları təyin etməli, dozalanmanı düzgün aparmalı, xəstənin fiziki və psixi xüsusiyyətlərinə diqqət yetirməlidir.

Fizioterapevtik prosedurlar fizioterapevtin göstərişi ilə təyin olunmalıdır. Hər kəsə sağlamlığının qayğısına qalmağı, sağlam olmağı arzulayıram”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə