Dünya üzrə 'Covid-19"dan ölənlərin sayı 6 milyonu keçib

Pandemiyanın statistikasını aparan "Worldometer" saytı yazır

Dünya üzrə "Covid-19" infeksiyası səbəbindən ölənlərin sayı 6 milyon nəfəri ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, pandemiyanın statistikasını aparan "Worldometer" saytı yazır ki, yoluxanların ümumi sayı 442 milyona, ölənlərin sayı isə 6 milyon 20 min nəfərə çatıb. Həmçinin 374 milyon 925-dən çox insan CPVID-19 infeksiyasından sağalıb.

ABŞ "Covid-19" infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada birincidir. Ölkədə koronavirusa 81 milyondan çox insan yoluxub, onlardan 984 min 20 nəfəri həyatını itirib.

Yoluxanların sayına görə ABŞ-dan sonra ardıcıllıqla Braziliya (652 min 207), Hindistan (515 min 133), Rusiya (356 min 281), Meksika (319 min 859), Peru (211 min 108), İngiltərə (162 min 8), İtaliya (155 min 887), İndoneziya (150 min 172), Fransa (139 min 275), Kolumbiya (139 min 91) və İran (137 min 948) gəlir.

Virus səbəbindən ölənlərin sayı üzrə 6 milyon 20 min 582-yə yüksəlib.

Dünya üzrə 446 milyon 721 min 728 yoluxma təspit edilib, 379 milyon 869 min 871 adam sağalıb. 60 milyon 831 min 275 xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, ilk dəfə 2019-cu il dekabr ayının sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan "Covid-19" infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə