“Azərbaycan da daxil olmaqla bütün dünyadakı insanların ən böyük qlobal problem piylənmədir. Bugünkü gün insanlar şəkər, ürək-damar xəstəliyi, ciyər piylənməsi, tromb, təzyiq və s. kimi xəstəliklərdən əziyyət çəkirlər. Bununla bağlı olaraq insanlar həkimə müraciət etdikləri zaman onların ilkin məsləhəti dietoloqa müraciət etmələri ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Onun sözlərinə görə, insanların xəstəliklərinin çox faizi düzgün qidalanmamaqdan irəli gəlir: “Bəzi insanlar ümumiyyətlə sağlamlıqla bağlı deyil, özlərinin görünüşü ilə bağlı pəhrizlər saxlayırlar. Bir çoxları ac qalmaq və ya az yeməyi pəhriz adlandırır. Lakin bu düzgün qidalanmaq və ya pəhriz saxlamaq deyil. Sağlam qidalanarkən vaxtı-vaxtında su qəbul etməliyik. Bildiyiniz kimi yuxu rejimi də bizim səhhətimizə və çəkimizə təsir edir. Sağlam qidalanmada 3 əsas yeməkdən istifadə olunur. Ac qalaraq arıqlayan insanlarda sözsüz ki, metabalizim sistemi yaxşı işləmir. Metabalizim sistemi yaxşı qidalanan və idmanla sıx əlaqədə olan insanlarda güclü olur. Pəhriz saxlayan insanlarda sözsüz ki, artıq çəkilər tez gedəcək. Çünki karbohidratlar tükənir və buna görə də 10-15 gün içərisində tez arıqlayırlar. Lakin artıq bu 10 günlük müddətdən sonra təəssüf ki, belə olmur. Bunun əsas səbəbi ac qalırıq, bədən zəifləyir və orqanizmdə maddələr mübadiləsi zəifləyərək çalışmır.
Çəkini sağlam şəkildə atmaq üçün yağlardan qurtulmalıyıq. Əzələdən itirilən çəki düzgün arıqlamaq üsulu deyil. Biz həkimlə pəhriz saxladığımız zaman ilk öncə kökəlməyimizin səbəbini araşdırmalıyıq. Dietoloqlar həkimlikdən əlavə bir psixoloq kimi də passientinə stimul verməli və onun artıq çəkidən azad olmasına şərait yaratmalıdır. Həmçinin diet proqramını onun istəyinə, sevdiyi və sevmədiyi məhsullara önəm verməldir. Pəhriz hər fərd üçün fərqlidir və insanın öz istəkləri üzərindən qurulmalıdır. Fəqət hər gün şirniyyat, tort, dondurma, yağlı qızartmalar da yeyərək arıqlaya bilməzsiniz. Çox darıxdırıcı hiss etdiyiniz vaxtlar dietoloqunuzla məsləhətləşərək həftədə bir və ya iki dəfə arzuladığınız qidalardan yeyə bilərsiniz. Pəhriz cədvəlinizə fərqli nələrsə əlavə edə bilərsiniz. Məsələn axşamlar meyvə əvəzinə , 1 ədəd xiyar, 1stəkan qatıq, meyvəli yoqurt, kəpəkli qurabiyə yeyə bilərsiniz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB