Dəri xəstəliklərindən NECƏ XİLAS OLMAQ OLAR? - DERMETOLOQ AYDINLIQ GƏTİRDİ
“Dəri xəstəlikləri ifadəsi çox böyük bir məhfumdur. Çünki bir çox xəstəlikləri var. Burada allergik reaksiyalardan tutmuş metabolizma, endokrin pozğunluğuna qədər bir çox xəstəliklərdən danışa bilərik”. Bu sözləri SİA-ya açıqlamasında dermetoloq Sevinc Kərimova bildirib.

Onun sözlərinə görə, müxtəlif yoluxma ilə gedən xəstəlikləri nəzərdə tutduqda sırf immun sistemi də mühüm rol oynayır: “İrinli xəstəliklər, göbələk xəstəliklərinə isə ən çox şəkər xəstələrində təsadüf edilir. Ümumiyyətlə çox şirin qidalardan istifadə edən şəxslərdə daha çox göbələk xəstəliyinə rast gəlmək mümkündür. Çünki qanda şəkər yüksəldikcə təbii ki, dərinin ph-ı da müəyyən qədər qələviyə doğru irəliləmiş olur. Qələvi mühitdə də göbələklər daha yaxşı artıb-çoxala bilir. Çünki artıq bu zaman onların inkişafı üçün daha yaxşı şərait yaranmış olur. Təbii ki, biz endokrin sistemi vurğuladıqda metabolizmadan da mütləq danışmalıyıq. Metabolizma sözü televiziyalarda çox istifadə edilir. Lakin tam olaraq mənası izah edilmir. Biz qidaları yeyərkən çeynədik, udduq və.s bu kimi prosesləri həyata keçiririk. Yəni qida ağız boşluğundan başlayaraq son həddə, sorulmaya qədər müəyyən çevrilmələrə məruz qalır.
Qidalar ilk öncə mədədə əzilir, üyüdülür daha sonra isə bağırsaqlara keçir. Bağırsaq bağırsaq şirəsi fermentləri ilə zəngindir. Hansı ki, bu maddələrin çevrilərək, parçalanmalarına yardım edir. Son nəticə etibarilə isə yoğun bağırsaqda sorulma gedir. Hansı ki, orqanizmin hər bir orqanına lazım olan maddə yerinə çatmaq üçün sonunda qana sorulur. Metabolizma pozulduqda isə bizə lazım olan maddələr lazımi maddələrə çevrilmir. Məsələn dəmirin sorulması düzgün getmədiyi halda anemiya xəstəliyi yaranır, dərinin rəngində müəyyən qədər avazımalar olur. Həmçinin dırnaqlar laylanır, saçlar tökülür, ucları haçalanır. “Vitamin A” yerköküdə, yumurtanın sarısında, kərə yağında mövcuddur. “Vitamin A” karotin şəklindədir. Biz bunları yeyərkən orqanizmdə karotin parçalanıb retenola çevrilməlidir. Bu zaman artıq hazır vəziyyətə gəlir ki, bunu orqanizm mənimsəsin. Qəbul etdiyimiz qidalarda çevrilmə normal gedə bilmədiyi üçün sorulma da normal getmir və bu zaman da lazımi toxumalara çata bilmir. Nəticə etibarilə isə “Vitamin A” azlığı yaranır. Toyuq korluğu, dəridə yağlanma varsa bütün bunlar metabolizmə ilə bağlıdır. Təbii ki, dəri xəstəliklərinin yaranmasında da metabolizmanın və endokrin sisteminin böyük rolu var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB